Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycan Milli Hərəkatı müxtəlif yollarla mübarizə aparır(Müsahibə)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə, Güney Azərbaycan-Təbriz > Güney Azərbaycan Milli Hərəkatı müxtəlif yollarla mübarizə aparır(Müsahibə)

Güney Azərbaycan Milli Hərəkatı müxtəlif yollarla mübarizə aparır(Müsahibə)


Nəvid Sultani: «Güneydəki soydaşlarımız da demokratik haqlardan yararlanmağa layiqdirlər və bunun uğrunda mübarizə aparırlar»

«Adlar məcburi şəkildə farslaşdırılsa da, el arasında yenə də milli adlar istifadə edilir»
Müsahibimiz Güney Azərbaycan Milli Hərəkat fəalı hazırda Türkiyədə siyasi mühacir həyatı yaşayan Nəvid Sultanidir. 1988-ci ildə Sulduz şəhərində doğulan müsahibimiz gənc yaşlarından Güney Azərbaycanda başlayan milli azadlıq hərəkatına qoşulub. Daha ətraflı özündən öyrənək.
- Milli mübarizəyə necə qoşuldunuz?
- 1995-ci ildən GAMOH sədri, doktor Mahmudəli Çöhrəqanlının fəaliyyəti nəticəsində Güney Azərbaycanda rejimə qarşı geniş bir hərəkat və mübarizə başlandı. Mən də bu hərəkata qoşularaq 2005-ci ildən indiyədək bu yolun yolçusuyam. Məqsədimiz Güney Azərbaycanda yaşayan və İran rejiminin basqısına məruz qalan soydaşlarımızın azadlığına nail olmaqdır.
- Güneydə yaşayan Azərbaycan türklərinin hansı hüquqları pozulur?
- İranda 35 milyon Azərbaycan türkü yaşayır. Onlar tək milli yox, həm də ölkə konstitusiyasında yer alan vətəndaş hüquqlarından məhrum yaşayırlar. Siyasi, iqtisadi, milli baxımdan təzyiqlərə məruz qalırlar. Güney Azərbaycan rejimin hər cür zülmünə və amansızlığına uğrayır. 35 milyon xalqın ana dilində təhsildən məhrum olması, bütün kütləvi informasiya vasitələrinin fars dilində fəaliyyəti rejimin assimilyasiya siyasətinə xidmət edir. Bu siyasət uzun illərdir Azərbaycan türklərinə qarşı icra olunur. Assimilyasiya tək siyasi deyil, həmçinin mədəni və milli sferada bütün sahələri əhatə edir. Azərbaycan şəhərlərinin tarixi adları dəyişdirilərək məcburi şəkildə farslaşdırılır. Bununla da Güneyin keçmişini, mədəniyyətini talan edir, təhrif olunmuş tarixi həqiqət kimi təqdim edirlər. Tarixi adların dəyişdirilməsi farslaşdırma siyasətinin ən kəskin formalarından biridir. Çünki hər adın öz tarixi kökü və mənşəyi var. Bu gün adların farslaşdırılması həmin ərazilərin tarixinə də balta çalmaq deməkdir. Bununla da bu gün dünəndən qopur, tarix itir. Rejimin hədəfi və məqsədi də budur. Hər vasitə ilə bu məqsədinə doğru irəliləməyə çalışır və bu yolda qeyri-sivil, ağıla gəlməyən amansız yollara əl atır. Bundan əlavə, Azərbaycan türklərinə təşkilatlanmaq, siyasi partiyalar yaratmaq da yasaqdır. Halbuki təşkilatlanmaq, siyasi partiyalarda fəaliyyət göstərmək birləşmək azadlığını əhatə edir ki, bu da ən təbii demokratik haqlardan biridir. Bu gün də Güney Azərbaycan bu ədalətsizliyə məruz qalmağa davam edir.
- İran dövlətinin orada yaşayan Azərbaycan türklərinə münasibəti necədir?
- İran dövləti türklərə hər zaman yad və alçaldıcı gözlə baxıb. İndi də İranın televiziyalarında və başqa KİV-lərində Azərbaycan türkləri aşağılanır, təhqirə məruz qalır. Rejim bizə qarşı mənfur münasibətini heç zaman gizlətməyib. Bunu dövlətin Azərbaycan türklərinə olan münasibətindən açıq şəkildə görmək mümkündür. Bayramda dövlət başçısı təbriki yalnız farslara ünvanlayır. Digər millətləri, o cümlədən də Azərbaycan türklərini nəzərə almır. Dəyər verilmədiyi üçün qeyri-farslar hər zaman diqqətdən kənarda qalırlar. Azərbaycan türklərinin 2006-cı ildə təhqir olunması Güneydə kütləvi aksiyaların keçirilməsinə səbəb oldu. Rejim aksiya iştirakçılarına atəş açmaqdan belə çəkinmədi. Buna bütün dünya şahid oldu. Bu cür addımlar və münasibət dövlətin Azərbaycan türklərinə münasibətinin nə qədər zalım və ədalətsiz olduğunu isbat edir. Soydaşlarımız qanunsuz həbslərə, zindan işgəncələrinə, şallaq, cərimə, ağır cəzalara məruz qalırlar.
- Güneydə yaşayan soydaşlarımızın İran dövlətindən tələbi nədir?
- Güney Azərbaycan türkləri milli və vətəndaş haqlarını tələb edirlər. Eləcə də azad seçki və demokratik hüquqların təmin olunmasını istəyirlər. Bu, dünyada yaşayan hər kəsin ən təməl haqqıdır. Güneydəki soydaşlarımız da bu haqlardan yararlanmağa layiqdirlər və bunun uğrunda da mübarizə aparırlar.
- Haqlarını tələb edən milli fəallar hansı yollarla mübarizə aparırlar?
- Güney Azərbaycan Milli Hərəkatı müxtəlif yollarla mübarizə aparır. Lakin qeyd etmək lazımdır ki, soydaşlarımızın mücadiləsi dinc və sivil yollarla həyata keçirilir. Milli fəallar silahlı mübarizə aparmırlar. Yalnız mədəni yollardan istifadə edirlər. Qeyd etməliyəm ki, Güneydə milli hərəkat gündən-günə güclənməkdədir.
- Onların dinc yolla mübarizəsini dövlət necə qarşılayır?
- İran dövləti fəallarımızı həbs edir, cərimələyir, cəzalandırır, uzaq şəhərlərə köçməyə məcbur edir. Bir az əvvəl də qeyd etdiyim ki, 2006-cı il hadisələrində etiraz aksiyaları təşkil və iştirak edən nümayişçilərə atəş də açıldı, şəhid düşənlərimiz də oldu.
- Milli mübarizədə iştirakınıza görə siz həbs olundunuzmu?
- Bəli. 2007-ci ildə Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında qurulmuş Milli Hökumətin ildönümünə hazırlaşırdıq. Urmiyada mən dostlarımla birgə bu mərasim üçün elan hazırlamışdıq. Elanda Pişəvəri haqqında məlumat və Milli Hökumətin ildönümü ilə bağlı təbrik yazmışdıq. Elanları əhaliyə paylamamış axşam «Ettelaat»ın məmurları evimi basıb məni həbs etdilər. Axtarış zamanı 4000 ədəd həmin elanı tapdılar. Həmin gün mənimlə birgə 6 nəfər dostumu da tutdular.
- Hansı yollarla assimilyasiya siyasəti yürüdülür?
- Təhsil sistemində, mediada, Güneyin tarixini və mədəniyyətini təhrif etməklə, Azərbaycan türklərini aşağılamaqla və s.
- Qeyd etdiniz ki, Azərbaycan şəhərlərinin adları farslaşdırılır. Yerli əhali buna etiraz edirmi?
- Bir az əvvəl də qeyd etdim ki, milli adların fasrlaşdırılması assimilyasiya siyasətinin bir paraçsıdır. Bununla tarixin təhrif edilməsinə çalışırlar. Bu proses 100 il ərzində sistemli şəkildə aparılır. Zamanla və tədricən olduğu üçün kütləvi nümayişlərin keçirildiyini deyə bilmərəm. Amma əlbəttə ki, yerli əhali buna hər zaman daxilən etiraz edib. Şəhərlərin adları rəsmi şəkildə fars adı ilə olsa da, ictimaiyyət arasında hələ də öz milli adları istifadə edilir. Hamı saxta və qondarma adı gerçək isimdən seçir. Hələ də el arasında tarixi adlar işlənilir.
- Bu siyasətə hansı şəhərlər məruz qalıb?
- Ad dəyişilməsi yalnız şəhərlərə deyil, kəndlərə, məkanlara, parklara, adalara, demək olar ki, hər yerə tətbiq olunur. Məsələn, tarixi Qoşaçay Miyandab, Qoyun dağı Kəbudan, Tikantəpə Tikab, Mələk kəndi Məlikan, Soyuqbulaq Mahabad, Sarıdaş Sərdəşt, Bəykəndi Bukan, Xana Piranşəhr kimi fars adları ilə dəyişdirilib. Bu siyahını çox uzatmaq və yüzlərlə belə nümunələr gətirmək olar. Adların farslaşdırılması bu gün də davam edir.
- Urmiya gölü ilə bağlı aksiyalar keçirildi. Davamı gözlənilirmi?
- Bəli. Urmiya gölü məqsədli şəkildə qurudulur. İran parlamenti gölün xilası üçün qərar qəbul etmədi. Odur ki, gölün mühafizəsi üçün xalq özü ayağa qalxır. Urmiya ilə bağlı aksiyalar həm Güneydə, həm də xaricdə yaşayan Azərbaycan türkləri tərəfindən keçirilib və keçirilməyə də davam edəcək.
- Urmiya gölü milli, yoxsa ekoloji məsələdir?
- Hər iki amili də qeyd etmək olar. Amma yalnız ekoloji məsələ olsaydı, gölün xilasını tələb edən soydaşlarımızı həbs etməzdilər. Bu göl rejim tərəfindən qurudulur. Məqsəd isə gölün ətrafında öz tarixi torpaqlarında yaşayan soydaşlarımızı ekoloji böhran yaradaraq köçürülməsinə nail olmaq, o yerlərdən sürgün salmaqdır.

Turqut

Geri dön