Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gələn il Azərbaycanın dövlət büdcəsindən hərbi məqsədlər üçün 1,77 milyard dollar vəsait ayrılacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Gələn il Azərbaycanın dövlət büdcəsindən hərbi məqsədlər üçün 1,77 milyard dollar vəsait ayrılacaq

Gələn il Azərbaycanın dövlət büdcəsindən hərbi məqsədlər üçün 1,77 milyard dollar vəsait ayrılacaq


Müdafiə və təhlükəsizlik sahəsinə ayrılan vəsaitin həcmi 2011-ci ilə nisbətən 1,2 faiz artırılıb

Azərbaycanın 2012-ci il dövlət büdcəsinin müdafiə və təhlükəsizlik bölməsində Silahlı Qüvvələrə və təhlükəsizlik tədbirlərinə 1 mlrd. 381 mln. 347 min manat (1 milyard 770 milyon dollar) vəsait nəzərdə tutulub. Müdafiə və təhlükəsizlik sahəsinə ayrılacaq vəsaitin həcmi 2011-ci ilin göstəricisindən 1,2% çoxdur.

2012-ci il dövlət büdcəsinin təqdimatında bildirilir ki, müdafiə və təhlükəsizlik bölməsi üzrə xərclər dövlət büdcəsinin cəmi xərclərinin 14,8 faizini təşkil edəcək. Bu isə öz növbəsində 2011-ci ildə müdafiə xərclərinin dövlət büdcəsinin cəmi xərclərində tutduğu çəkiyə nisbətən 1,9 faiz bəndi çoxdur.

Bununla yanaşı, dövlət əsaslı vəsait qoyuluşu xərclərində də müdafiə və təhlükəsizlik, həmçinin məhkəmə və hüquq-mühafizə orqanları üçün investisiya xərcləri nəzərdə tutulur.

Qeyd edək ki, büdcədə məhkəmə hakimiyyəti və hüquq-mühafizə orqanları üçün 994 milyon 629,6 min manat və ya ötən ilkindən 20% çox vəsait nəzərdə tutulur.

Geri dön