Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Ryanair” Avropada ən çox sərnişin daşıyan aviaşirkətdir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > “Ryanair” Avropada ən çox sərnişin daşıyan aviaşirkətdir

“Ryanair” Avropada ən çox sərnişin daşıyan aviaşirkətdir


İrlandiyanın ucuz qiymətli reysləri ilə tanınan “Ryanair” şirkəti Avropada sərnişin daşımalarına görə “Lufthansa” şirkətini “taxt-tac”dan məhrum edib. Aviaşirkətin verdiyi məlumata əsasən, ötən il sərnişin daşımalarında 15 faiz artım əldə edən “Ryanair” il ərzində 117 milyon sərnişini öz təyyarələrinin bortunda salamlaya bilib. Bununla da “Ryanair” 2016-cı ildə Avropada ən çox sərnişin daşıyan aviaşirkət olub.

Ucuz qiymətli biletlər, izafi xərclərin aşağı salınması və ən əsası isə yeni marşrutlar üzrə açılan reyslərin sayının artırılması müştərilərin artmasına müsbət təsirini göstərib.

Avropada mülki sərnişindaşımalarda lider olan “Lufthansa” isə ötən ili 109,7 milyon sərnişin ilə başa vurmalı olub. Bu göstəricilərə konsernin tərkibinə daxil olan “Swiss”, “Austrian Airlines” və “Eurowings” aviaşirkətlərinin müştəriləri də daxildir. Üçüncü yerdə isə 101 milyon sərnişinlə “British Airways” və “İberia” aviaşirkətlərinin daxil olduğu “International Airlines Group” holdinqi dayanır. Ötən il 93 milyon sərnişin daşıyan “Air France-KLM” aviaşirkəti isə siyahıda dördüncü yerdədir.

Sərnişin sayında birincilik əldə etməsinə baxmayaraq, daha çox Avropa daxilində və Aralıq dənizi hövzəsində uçuşlar həyata keçirən “Ryanair” illik gəlirə görə “Lufthansa”dan geridə qalıb. 2016-cı ildə operativ gəlirləri 1,8 milyard avroya çatan “Lufthansa” Avropanın ən gəlirli aviaşirkəti statusunu özündə saxlaya bilib.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatına əsasən, aviaşirkətlər vasitəsilə dünya üzrə hər il 3,5 milyard sərnişin daşınır.

Elgün Niftəliyev

Geri dön