Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sözümüz yenə də dərslik və onun problemləri haqqındadır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Sözümüz yenə də dərslik və onun problemləri haqqındadır

Sözümüz yenə də dərslik və onun problemləri haqqındadır


Dərslik məsələsi çətin məsələlərdəndir. Azəbaycanın bir sıra ziyalıları dərslik məsələsinəictimai fəaliyyətin əsas meyarlardan biri kimi yanaşmış, öz şəxsi nümunələri ilə bu cəhətdən də tarixə düşmüşlər. M.Ş.Vazeh, M.F.Axundov, H.Zərdabi(Məlikzadə) millətin mədəni inkişafında mətbu sözə, mütaliəyə, dərslik məsələlərinə dəfələrlə müraciət etmiş, tarixdə izi qalan işlər görmüşlər.

Görkəmli Azərbaycan maarifçisi Səid Əfəndi Ünsizadə (1825-1905) nəşriyyat fəaliyyətində dərsliklərin çapı və yayılması yolunda iri addımlar ataraq, hər bir azərbaycanlının mütaliə mədəniyyətini yüksəltmək üçün "başqa yerdən qazandıqlarını" nəşriyyatın genişləndirilməsinə sərf etmiş, gördüyü bu işlərə görə yüksək qürur hissi ilə öyünmüşdür. Onun 1882-ci ildən başlayaraq, Tiflisdə öz şəxsi mətbəəsində çap etdirdiyi dərslik-müntəxəbatlar indi də öz əhəmiyyətini itirməmişdir.

1884-cü ilin yanvarında Səid Ünsizadənin kiçik qardaşlarından biri-Cəlaləddin Ünsizadə Axund Cəlal imzası ilə öz mətbəəsində- "Kəşkül" qəzetinin mətbəəsində rus və Şərq alimlərinin dərsliklərinə əsaslanaraq, "Hesab" dərsliyi yazmışdır. "Ziya" qəzetinin 1879-cu ilin dekabrında verdiyi xəbərə görə, Moskvada N.B.Vəzirovla bir yerdə ali məktəbdə oxuyan, Bakı Real Gimnaziyasında Həsən bəy Məlikzadədən dərs alan Əsgər Ağa Gorani Adıgözəlzadə "Coğrafiya" dərsliyi yazmışdır.

Təəssüf ki, həmin dərslik hələ tapılmamışdır.
Dərslik məsələsi sonralar da milli ziyalılarımızın diqqət mərkəzində olmuşdur.
Məktəb dərsliklərinin ən başlıca vəzifəsi şagirdlərə müəyyən elmi biliklər verməkdir.


Azərbaycanın dərslik tarixində yadda qalan,uzun illər boyu şagirdlərin təfəkkür fəaliyyətini zənginləşdirən dərsliklərimiz çoxdur. 

Bu cəhətdən milli dərslik və dərs vəsaitlərinin hazırlanmasında R.Əfəndizadə , A.Şaiq, M.Mahmudbəyov, Ağa bəy İsrafilbəyli, S.M.Qənizadə,C.Cəbrayılbəyli, M.Mahmudbəyov, Abbas Səhhət, F.Ağazadə kimi ziyalıların xidmətləri təqdirəlayiqdir. Bu tarixi dərsliklərdə əsas yeri tərbiyə və davranış məsələləri tutur. Müəlliflər nədən yazırlarsa yazsınlar,söhbəti milli tərbiyəyə gətirib çıxarırlar. Adları çəkilən müəlliflərin dərslik və dərs vəsaitlərində mövzular elə işlənmişdir ki, nəticəni şagird özü çıxarır.

Mövzuya keçid kimi dediyim bu sözlər dərslik yazmaq fikrinə düşən hər bir ziyalını ciddi düşündürməlidir.

Bu gün dərslik yazmaq fikrinə düşən və asanlıqla istədiyinə nail olanlar çoxdur. Təbii ki, bu dərsliklərin hamısı tarixdə qalmaq hüququ qazana bilmir. Mən vaxtilə üstündə 2003-cü ildən "İlin ən uğurlu dərsliyi" damğasını gəzdirən bir dərslikdən söz açmışdım. O vaxtlar yazdığım qeydlər, nədənsə,dərslik müəlliflərinin diqqətini cəlb etmədi.Bəlkə də onlar deyilən iradları açıb ağartmadılar.Hər halda bu gün həmin dərslik Azərbaycan müəllimlərinin ən çox müraciət etdikləri əsas mənbədir.Azərbaycan müəllimləri hələ illər boyu həmin dərsliyə müraciət edəcəklər.

Bu damğanı dərsliyə kim vurub, hələ heç kəs bilmir. Deyəsən, müəlliflərin özləri də bilmirlər. Bu, bəlkə də naşirlərin kommersiya üsuludur. Hər halda Azərbaycan müəllimlərinin by dərsliyə marağı və alternativ dərsliklər seçimində ona üstünlük verilməsi faktdır.

Söhbət müəllifləri professor Qəzənfər Kazımov, docent Faiq Şahbazlı, orta məktəb müəllimi Aygün Mikayılova (indi səhv etmirəmsədirektordur-N.N.) kimi göstərilən 8-ci sinfə aid "Azərbaycan dili " dərsliyindən gedir. Sonungu dəfə 2012-ci ildə nəşr edilmişdır. Həcmi 144 səhifədir. Dərslikdə yaxşı nə varsa, bəyəniləndir. Yaxşı nə yoxsa, söhbət elə onların haqqındadır. Bugünkü söhbət 2012-ci ildən başlanan söhbətin davamıdır.Nümunələr də 2012-ci il də nəşr olunan Azərbaycan dili dərsliyinə ( 9-cu sinif) əsaslanır.

Yeri gəlmişkən qeyd edim ki,indi 9-cu sinif də daxill olmaqla bütün Azərbaycan dili dərslikləri kurikulum proqram materialları əsasında yazılır. Burada qrammatik materiallar ayrıca mövzu kimi yox,söz içində söz kimi verilir.

Başqa sözlə ,müəllim hansı yolla olursa olsun, şagirdlərə qrammatik qaydaları öyrətməlidir. Amma bu qaydalar yeni metod və üsullarla aşılanmalıdır.Məsələnin çətinliyi bu metod və üsulu seçməkdədir.

Bu gün də öyrətmə prosesində müəyyən mövzuların izahında adı çəkilən orta məktəb dərsliyində elə mövzular var ki, uzun müddətdir ki, onların izahı hələ də problemli olaraq qalır. Bu mövzulara hələ də düzgün yanaşma üsulu tapılmır. Bunlardan biri də tabelilik əlaqələrinin bir növü olan idarə əlaqəsidir.Dərslikdə idarə əlaqəsinin tərifi belə verilmişdir:

"Əsas tərəfin tələbi ilə asılı tərəfin müəyyən hallara düşməsinə idarə deyilir".

( Burada, çox güman ki, söhbət söz birləməsinin II tərəfindən və ya xəbərdən gedir . Məsələn: sənin kitabın; məktəbə gedirəm; evdən gəlirəm və s. -N.N.)
İdarənin tərifindən (qaydasından) sonrakı sətirlər:

"İdarə əlaqəsi ismin halları ilə bağlıdır .(əlaqədardır-N.N.).Adlıq haldan başqa, qalan beş halda olan sözlər idarə əlaqəsində asılı tərəf kimi çıxış edir"

Belə çıxır ki, "Vətən torpağı", "Sən kitab oxuyursan" nümunələrindəki qeyri-müəyyən halda olan sözlər ( "Vətən" və "kitab" sözləri də idarə olunan sözlərdir.Birinci söz "torpaq" ismi ilə, II söz "kitab" sözü isə "oxumaq" feli ilə idarə olunmuşdur.
Təəssüf ki, dərslikdə adi məntiqi nəticəyə əsaslanan bu fikri təsdiq edən nümunə yoxdur.
Dərslikdə kimin hansı bölməni yazması göstərilmədiyinə görə sözü bəzən ünvanına çatdırmaq mümkün olmur.

Azərbaycan dilində ismin iki halı həm müəyyənlik, həm də qeyri -müəyyənlik bildirdiyinə görə fikrimizi nümunələrlə izah etmək istərdik. Qeyri-müəyyən yiyəlik hal da, qeyri -müəyyən təsirlik hal da şəkilçisiz olur. Onların hər ikisini formal olaraq, müəyyən hala gətirmək mümkündür.
"Sən dərslik müəllifisən" cümləsindəki "dərslik" sözünü "dərsliyin" şəklində, " Sən kitab oxuyursanmı? cümləsindəki kitab" sözünü isə "kitabı" şəklində işlətmək müümkündür.

Deməli, tərifə görə mübahisə obyekti olan hər iki söz idarə olunan sözdür: məntiqə görə də, elə görüntüyə görə də. Bu fikrə dilçilikdə aydın münasibət yoxdur. Bu beş-on ilin elmi mübahisəsi deyil. Elmdə mübahisəli olan nəsnə dərsiyə düşməli deyil. Dərslikdə müəllifin elmə, elmi fikrə elmi yanaşması aydın olmalıdır. Metodistlər müəllif fikrini işıqlandırımağa cəhd etməlidirlər.

Dərslik elmi mübahisə meydanı deyil. Elmi mübahisə üçün AMEA var, bizim söhbətimizlə əlaqəsi olan AMEA-nın Dilçilik İnstitutu var.

Yeri gəlmişkən qeyd edək ki, bu gün əksər müəllimlərin həvəs və hörmətlə istifadə etdikləri orta məktəb dərsliklərinin müəlliflərindən biri professor Qəzənfər Kazımov uzun müddət işlədiyi Pedaqoji Universitetdəki iş yerini AMEA-ya dəyişıb, deməli, o , elmi araşdırma işlərinin aparıldığı ən ali elm ocağında işləyir. Müəllimlər bu gün mübahisəli elmi məsələlər haqqında ən maraqlı elmi fikri Qəzənfər müəllimdən gözləyirlər.

Söz birləşməsinə aid sualların cərgəsində həm elmi, həm də pedaqoji ictimaiyyəti narahat edən bir məsələ də var.
III növ təyini söz birləşməsinin daxili üzvü- tərəflərin arasına daxil olan söz və ya sözlər sintaktik təhlildə necə təhlil olunmalıdır?


Dərslikdə buna da birbaşa , mübahisəsiz görünən cavab yoxdur.Fikrimizi nümunələrlə izah edək .
Rəsulun Ucarda evi var; Pirvəlinin yüz kitabı var.

Birinci cümlədəki "Ucarda" sözü söz birləşməsinin ikinci tərəfinə aid deyil ,onu təbii ki,söz birləşəsindən ayırıb, söz birləşməsinin ilk sözündən əvvələ keçirmək olar: Ucarda Rəsulun evi var.
İkinci cümlədəki söz birləməsinin arasına daxil olan söz isə söz birləməsinin ikinci tərəfinə aiddir, onu (buradakı
" yüz " sözünü birləşmənin ilk sözündən əvvələ keçirmək olmaz., " Yüz Pirvəlinin kitabı var" burada başqa məna daşıya bilər.

Dərslikdə bu məsələyə, demək olar ki, toxunulmayıb. Şəxssiz cümlədən danışılan yerdə (səh 128) buna işarə olsa da, texniki qüsura yol verilib, "Cavanşirin ona yazığı gəldi"; "Kişinin ona bərk acığı tutdu" cümlələrinin xəbəri aydın göstərilsə də, birinci cümlədəki "ona" sözünün, ikinci cümlədəki "ona" və "bərk" sözlərinin hansı cümlə üzvü olduğu göstərilmir. Amma buna ehtiyac var idi.
Dərslikdə yaxşı niyyətlə verilmiş çalışmalar bəzən şərtin nahamarlığına görə yaxşı alınmayıb.301 nömrəli çalışmada şəxssiz cümlə ilə ilgili 7 cümlə var. Cümlələrin hamısı təkcə xəbərdən ibarətdir. Bu cümlələrə tamamlıq və zərflik
( müəlliflər, yəqin ki, tamamlıq və zərflik yerində işlənə biləcək sözləri nəzərdə tuturlar) artırıb genişləndirmək istəyirlər.
Yaxşı, artırdıq. "Mənim xoşum gəlmir " cümləsinə "səndən " sözünü "MƏNİM" sözündən əvvəl yazaq, yoxsa sonra?

Dərslikdə "Adlıq cümlə" havadan asılı qalıb, ona yiyə duran yoxdur.

Əvvəllər adlıq cümlə mübtəda əsasında formalaşan sadə cümlə kimi izah olunurdu. İndi adlıq cümləni SADƏ CÜMLƏNİN ŞƏXSƏ GÖRƏ növlərinə aid etmirlər. Niyəsi budur ki, xəbəri yoxdur. Xəbəri olmayan dil vahidi də proqram müəlliflərinə görə, cümlə üzvü ola bilməz. Dərslik də proqram əsasında yazılır. Bəlkə başqa səbəb də var. Hər halda indiki şagirdlərin suallarına cavab vermək lazımdır.
Söz-cümləni cümlə yerinə qoyuruqsa, onda gəlin onu 304-cü çaışmadakı kimi
4 qrupa ayıraq: təsdiq söz-cümlələr, inkar söz-cümlələr, sual söz-cümlələp, emosional (nidalardan ibarət olan) söz-cümlələr. (səh.132-133).

Ara sözlərin ancaq modal sözlərlə ifadə olunması fikri də da mübahisəli görünür (səh.112).
Dərsliyin təzə (2012-ci il) nəşrində köhnə nəşrdəki "frazeoloji birləşmələr sadə üzv hesab olunur" fikrinə düzəliş verilib.İndi frazeoloji birləşmələr mürəkkəb üzv hesab olunur. Bu , belədirmi? Gəlin fikirləşək.
Neçə illərdir ki , III növ təyini söz birləşməsinin II tərəfi say olacağı təqdirdə, belə birləşmələrin təyini olub olmaması mübahısə doğurur. Mübahısə bu gün də var, bəlkə YARIN da olacaq. "Ustalardan ikisi", "əlaçılardan beşi" tipli birləşmələr hələ də III növ təyini söz birləşməsi kimi təqdim olunur (səh.18). Bu da belədiirmi? Əgər belədirsə, 51- ci çalışmadan imtina etməliyik. Burada III növ təyini söz birləşməsi
1 T yiyəlik hal+ II tərəf m
(hər üç şəxsə aid mənsubiyyət şəkilçisi - N.N.) kimi göstərilir.
Dərslikdə bəzən mübahisədən qaçmaq məqsədilə "əksərən", "bir qayda olaraq" kimi müəllifləri məsuliyyətdən uzaqlaşdiran sözlərdən istifadə olunur..
53- səhifədə oxuyuruq: "Başlamaq, istəmək, bilmək, olmaq, etmək felləri ƏKSƏRƏN başqa sözlərə birləşərək, xəbər vəzifəsində işlənir. Məsələn: Nazim oxumağa başladı.Mən yatmaq istəmirdım..." Bu nümunələr inandırıcı görünmür. Belə ki, Nazim oxumağa da, yazmağa da başlaya bilər. Eləcə də mən yatmaq da istəyərəm, oyanmaq da...
Dərslikdə bugün üçün yaxşı səslənməyən cümlələri asanlıqla yeni nəşrdə dəyişmək arzu və tövsiyə olunur. Cümlənin tərbiyəvi əhəmiyyəti olmalıdır. Mən demirəm ki, dərslik müəllifləri sığallı cümlələrdən istifadə etsinlər. Hər halda "Səlim ağanın başına çomaq vurmaq" (Nümunə M.İbrahimovdandır -N.N.)kimi insanlığa uyğun olmayan tarixi vərdişləri yada salmayaq. (səh.122, çalışma 279/3). 284 -cü və 285-ci çalışmalarda da yaxşı səslənmədiyinə görə bir -iki cümlə daha münasib sözlü cümlələrlə dəyişdirilməlidir.
Dərslikdə üzvlənən və üzvlənməyən cümlələrə aid bir neçə cümləlik yer ayrılmalıdır. Məqsəd və intonasiyaya görə cümlə növlərinə aydınlıq gətirilməlidir. Bu, sadə cümlənin, yoxsa ümumiyyətlə həm sadə quruluşlu, həm də mürəkkəb quruluşlu cümlənin növləridir? Yaxşı ki,uzun illərin səhvindən sonra buradakı uyğunsuzluğa son qoyuldu və seminar iştirakçılarından birinin (kimliyini qəsdən demirəm) təklifi ilə səhv düzəldildi. Məqsəd və intonasiyaya görə cümlə növlərinin həm sadə , həm də mürəkkəb cümləyə aid olması faktı təsdiq olundu.Təzə nəşrdə bu fikrin təsdiqinə bir cümlə ayrılmasna ehtiyac duyulur.
41-ci səhifədə "Dövlət himnimizi kim yazıb" cümləsi redaktə olunmalıdır. Şagird ona məlum olan cavabı verməkdə çətinlik çəkir. (Şagirdlərin hamısı bilir ki, himnimizin musiqisini Ü.Hacıbəyov yazıb. Mətnin müəllifi isə Əhməd Cavaddır ). Burada sualın kimə - himnin bəstəkarına, yoxsa sözlərinin müəllifinə aid olması bilinmir.
Dərslik haqqında qeydlərimi yazarkən mətbuatda bir neçə ay bundan əvvəl oxuduğum bir xəbər - müsahibə mənə çox maraqlı göründü. Sərlövhə belə idi:

Azərbaycan dilinin qrammatikası yenidən yazılacaq

Maraqlıdır, biz orta məktəb dərsliklərinin daha da təkmilləşdirilməsi üçün monitorinq aparırıq, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu isə Azərbaycan dilinin qrammatikasını yenidən yazmağı, sən demə, çoxdan planlaşdırıbmış.

Xəbər-müsahibənin bəzi yerlərini olduğu kimi oxucuların diqqətinə çatdırıram: Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu respublikanın ən görkəmli dilçi alimlərinin iştirakı ilə Azərbaycan dilinin qrammatikasını yenidən yazacaq.
O vaxtlar institutun direktor əvəzi .....bildirimişdi ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Azərbaycan dilinin fundamental və monoqrafik tədqiqatları davam etdiriləcəkdir. Buna görə də respublikamızın görkəmli alimlərini cəlb etməklə vahid normaya uyğun müasir Azərbaycan dilinin fundamental, funksional qrammatikasının yazılması planlaşdırılıb.
Yeni yazılacaq "Azərbaycan dilinin qrammatikası"nda Azərbaycan dilinin bütün aspektləri ...sırf nəzəri planda yazılacaq.

Bu xəbərdən bir neçə ay sonra institutun pəhbərliyi dəyişdirilmişdir. İndi bu məsələyə yanaşma tərzin və yeni mövqeyi bilmək, hər halda maraqlıdır.


O vaxt müəlliflərə yeni qrammatikanı yazanda köhnə qrammatikanı bir kənara qoymaq tövsiyə olunurdu:
Sözsüz ki, onları öyrənmək lazımdır. Ancaq onların qüsurlu vəmübahisəli məsələlər hər halda dərsliklərə düşməməlidir.
Dünya dilçiliyinin mütərəqqi cəhətlərini öyrənmək lazımdır.
Dünya dilçiləri elmi qrammatika yazmağı Rusiya çarının əlindən düz üç dəfə Demidov mükafatını alan Mirzə Kazım bəydən öyrənirdi, indi biz onlardan -
dünya dilçilərindən-N.N.) öyrənəndə qiyamət qopmaz ki..


Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,

Avropa Azərbaycan Məktəbinin sabiq kafedra müdiri,

türkoloq.

12.01.2017.

Geri dön