Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nazirlik: Cari hesaba keçən sahibkarlar da vergiyə cəlb olunacaq - YENİLƏNİB
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Nazirlik: Cari hesaba keçən sahibkarlar da vergiyə cəlb olunacaq - YENİLƏNİB

Nazirlik: Cari hesaba keçən sahibkarlar da vergiyə cəlb olunacaq - YENİLƏNİB


Azərbaycanda vergidən yayınmaq məqsədi ilə sahibkar hesabından cari hesaba keçənlər də vergiyə cəlb olunacaqlar. Bunu Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Departamentinin baş direktoru Samirə Musayeva deyib.
S.Musayevanın sözlərinə görə, bunun texniki tərəfləri ilə bağlı kommersiya bankları ilə danışıqlar aparılır: "Fərdi sahibkarlar tərəfindən vəsaitlərin nağdlaşdırılması zamanı sadələşdirilmiş verginin ödənilməsindən yayınmaq məqsədilə vəsaitlərin kart hesablarına köçürülərək nağdlaşdırılması qanundan sui-istifadə halıdır və hər bir halda sahibkarlıq subyekti həmin vəsaitlərin nağdlaşdırılmasına görə sadələşdirilmiş vergiyə cəlb ediləcək".
Nazirlik rəsmisi deyib ki, yeni qaydalara görə, ödəmə mənbəyindən ancaq sadələşdirilmiş vergi tutulacaq: "Vergi ödəyicisinin hansı kateqoriyaya aid olmasından asılı olmayaraq, ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulacaq".
S.Musayevanın sözlərinə görə, sözügedən məsələ artıq Azərbaycan Banklar Assosiasiyası ilə müzakirə edilib və hazırda belə hallara yol verilən zaman verginin tətbiqi mexanizmləri dəqiqləşdirilir.

Geri dön