Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Azərbaycan ağırlıqqaldıranı olimpiya medalından məhrum edilib
Azərbaycan ağırlıqqaldıranı olimpiya medalından məhrum edilib |
Azərbaycan ağırlıqqaldıranı İntiqam Zairovun 2012-ci il London Yay Olimpiya Oyunlarında gümüş medal qazanma ümidləri boşa çıxıb.
Beynəlxalq Olimpiya Komitəsi 94 kq çəki dərəcəsində çıxış etmiş idmançını cəzalandırıb. Səbəb kimi 31 yaşlı atletin "London-2012"dəki dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsi göstərilib. 2009-cu il Avropa vitse-çempionunun "London-2012"də dehidroxlormetiltestosterondan (turinabol) yararlandığı üzə çıxıb. Zairov olimpiadada tutduğu 6-cı yerdən və buna görə aldığı diplomdan məhrum edilib. Halbuki özündən əvvəlki yerləri tutmuş 4 atlet də dopinq-testdən keçə bilmədiyi üçün o, ikinci pilləyədək yüksəlmiş və gümüş medal qazanma şansı əldə etmişdi. Qeyd edək ki, İntiqam Zairovun 2008-ci il Pekin Yay Olimpiya Oyunlarındakı dopinq-testinin təkrar analizi də müsbət nəticə verib. Eyni zamanda Zairov 2015-ci il dünya çempionatında dopinq-testdən keçə bilmədiyi üçün 8 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. "London-2012"də də eyni halla üzləşməsi Zairovun ömürlük ağırlıqqaldırma yarışlarından uzaqlaşdırılacağı anlamına gəlir. Geri dön |