Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Kipri Türkiyədən almaq PLANI: Ankara hərəkətə keçdi
Kipri Türkiyədən almaq PLANI: Ankara hərəkətə keçdi |
Şimali Kipr Türk Cümhuriyyətini Türkiyədən alaraq, yunan Kiprinə birləşdirmək istəyirlər.
Bu barədə türkiyəli professor, köşə yazarı Ata Atun yazıb. Onun sözlərinə görə, məqsədli şəkildə Türkiyəyə qarşı hücumlar edilir: “Türkiyə iqtisadiyyatına hücum edilir, daxili təhlükəsizliyi təhdid altındadır, turizmi çökdürmək üçün planlar qurulur. Bütün bunların məqsədi Kipr məsələsini unutdurmaqdır. BMT Kipr məsələsində məqsədli şəkildə türklərin əleyhinə oyun qurdu və Cenevrədə bu oyunu tətbiq etdi. Eroğlu Kiprə rəhbərlik edəndə bir addım da geri çəkilmədi və bir qarış torpaq məsələsini müzakirə belə etmədi. Lakin Mustafa Akıncı 2015-ci ildə rəhbər seçiləndən sonra hər şey dəyişdi. Türk tərəfi heç bir şey almadan yunanların xeyrinə olan qərarlarla razılaşmağa başlayıb. Yunanların idarəçiliyi altında yaşamağı qəbul edirlər. Türk əsgərinin adadan çıxmasını istəyirlər. Mülkiyyət məsələsində də əsas sahib yunanların olması üçün yunan tərəfi israr edir. Biz bunları verdiyimiz halda, heç bir şey almırıq”. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə Avropa İttifaqının Kiprin təhlükəsizliyinin zamini olmasına qarşı çıxıb: “Avropa İttifaqı bu günə qədər hansı münaqişəni həll edə bilib? Şimali Kipr Türk Cümhuriyyəti və Ankara Türkiyənin adada zamin ölkə statusunda qalması və türk qoşunlarının orada olması məsələsində ortaq fikirdədirlər. Avropa İttifaqı Kiprdə təhlükəsizliyin zamini ola bilməz. Sabah tərəflərdən biri razılaşmanı pozarsa, Avropa İttifaqı məsələyə müdaxilə edəcəkmi? Bunlar yalnız gözəl sözlərdir”. Çavuşoğlu qeyd edib ki, bütün mümkün variantları nəzərdə saxlamaq lazımdır, hətta ən neqativlərini belə. “Unutmaq lazım deyil ki, Aralıq dənizinin şərqində və Yaxın Şərqdə problemlər baş verir. Halbuki, 43 ildə Kiprdə ciddi qarşıdurma baş verməyib. Bu, zamin ölkə kimi Türkiyənin sayəsində mümkün olub”, – deyə o bildirib. Qeyd edək ki, BMT-nin cümə axşamı yaydığı rəsmi bəyanatda tərəflərin müzakirələri davam etdirmək haqqında razılığa gəldiyi deyilir. Yanvarın 18-də işçi qrupu müzakirə ediləcək konkret məsələləri müəyyən edəcək. Geri dön |