Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > OPEC-in hasilatın azaldılması anlaşmasına tam əməl edəcəyi gözlənilmir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > OPEC-in hasilatın azaldılması anlaşmasına tam əməl edəcəyi gözlənilmir

OPEC-in hasilatın azaldılması anlaşmasına tam əməl edəcəyi gözlənilmir


Səudiyyə Ərəbistanının neft hasilatını daha çox azaldacağı ilə bağlı açıqlamalarına baxmayaraq, OPEC razılaşmaya tam əməl etməyəcək.
"Reuters" agentliyinin verdiyi xəbərə görə, noyabrın 30-da OPEC-in Vyana toplantısında əldə olunan razılaşmanın 80% səviyyəsində icrası yaxşı, 50% məqbul sayılacaq.
OPEC ölkələrinin Vyana anlaşmasına görə, gündəlik neft hasilatının 1,2 mln. barel azaldılması planlaşdırılır. Bu qərarın əldə olunması neft qiymətlərini 2 dəfədən də çox artıraraq 27 dollardan 56 dollar/barel səviyyəsinə çatmasına səbəb olub.
Küveytin neft naziri Assam əl­-Marzuk hesab edir ki, hazırda OPEC Vyana anlaşmasına 60% əməl edir.
Qeyd edək ki, sonuncu dəfə OPEC neft hasilatını 2009-cu ildə azaltmağı qərarlaşdırıb və o zaman anlaşmaya 60%-dən bir qədər çox əməl edilib.
İsveçrədə yerləşən "Petro-Logistics" araşdırma şirkətinin əməkdaşı Daniel Herberin fikrincə, bu dəfə də böyük ehtimalla razılaşmanın şərtlərinə 60-70% əməl ediləcək.
Beynəlxalq Energetika Agentliyinin (İEA) açıqlamasına görə, OPEC heç bir zaman aldığı qərara 100% əməl etməyib: "Bu göstəricinin 80% olması böyük nailiyyət olacaq. Əsas təhlükə Venesuela və İraqdan gözlənilir. Onlar verdikləri sözə əməl etməyə bilər. Bundan başqa, razılaşmadan kənar qalan Liviya və Nigeriya hasilatı gözləniləndən daha çox artıra bilər. Bu da OPEC-in 32,5 mln. barel/gün hasilat kvotasına riayət edilməməsinə gətirib çıxaracaq".

Geri dön