Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Azərbaycan təhsil xərclərini artırır
Azərbaycan təhsil xərclərini artırır |
Gələn il Azərbaycanda təhsil xərcləri üçün 1,575,900 milyon manat vəsait ayrılacaq. 2011-ci illə müqayisədə bu vəsait 12,6 faiz, 2010-cu illə müqayisədə isə 33,5 faiz çoxdur.
Maliyyə Nazirliyindən verilən məlumata görə, bu barədə 2012-ci ilin Dövlət Büdcəsi Layihəsində qeyd olunub. Təhsil xərclərinə ayrılan vəsaitin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 9,3 faiz olacaq. Gələn il məktəblərin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı üçün 16,5 milyon, ali təhsil sistemində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə əlaqədar 89,6 milyon, məktəbəqədər təhsilin maliyyələşdirilməsi üçün 8,5 milyon, ümumtəhsil məktəblərində oxuyan şagirdlərin pulsuz dərsliklərə təminatı üçün 8,1 milyon, maddi-texniki təminatın möhkəmləndirilməsinə 4,5 milyon, təhsil müəssisələrinin yenidən qurulması və əsaslı təmirİ üçün 3 milyon, ümumtəhsil müəssisələrinə tədris laboratoriya avadanlıqlarının alınması üçün 2,5 milyon, məktəb kitabxanalarının maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir informasiya texnologiyaları ilə təchizatına dair tədbirlərə 2,2 milyon, orta ixtisas təhsili sistemində islahatlara 1,9 milyon, texniki peşə təhsilinin inkişafı proqramın maliyyə təminatı üçün 1,7 milyon, “Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı”nın icrası üçün 1,4 milyon, ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatı üçün 1 milyon, gənc istedadlar üçün xüsusi təqaüdlərin ödənilməsi ilə bağlı xərclərə 0,3 milyon manat vəsait xərclənəcək. Geri dön |