Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycan Xəbərləri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney Azərbaycan Xəbərləri

Güney Azərbaycan Xəbərləri


Güney Azərbaycanlı milli fəal, Sadiq Əvəzpur dünyasını dəyişdi
Güney Azərbaycan Xəbərləri







Milli ailə başçısı, Sadiq bəy Əvəzpur Mart ayının 31-idünyasını dəyişdi. Əvəzpur ailəsi Təbrizdə yaşayan milli ailədir. Milli fəallar, Mustafa, Murtaza və Məhəmmədrzanın atası olan Sadiq Əvəzpur bütün ailə üzvləri ilə birgə milli oyanış uğrunda hər zaman çalışmışdı. Son dəfə isə Sadiq bəy, oğlanları Təbriz zindanına olduğu zaman, Milli Mübariz İbrahım Cəfərzadənin yas törəninə qatıldığında tutuqlanmışdı. Milli fəallar arasında böyük sayqı və ehtiramla anılan bu insanın aramızdan köçməsi hamımız üçün üzücü bir olaydır. Əvəzpur ailəsi və millətimizin başı sağ olsun Allah rəhmət eləsin

Sergey Lavrov: «İran problemini hərbi yolla həll etmək olmaz»
Güney Azərbaycan Xəbərləri





Russiya hökuməti İran problemini hərbi yolla həll etməməyə çağırır. Məlumata görə, Rusiya XİN başçısı Sergey Lavrov belə bir bəyanatla çıxış edib.

«BMT nizamnaməsinə görə preventiv zərbələr qadağandır. Heç bir hərbi həll ola bilməz», deyə Lavrov bildirib.

Rusiya XİN başçısı həmçinin İran öz nüvə proqramının dinc xarakter daşıdığını sübut etdikdən sonra ona qarşı sanksiyaları ləğv etməyə çağırıb.
İranla Ermənistan Gürcüstan sərhədində bazar açır
Tehran hakimiyyəti Güney Qafqazda bazar açmaq, bölgədə gedən proseslərə fəal qatılmağa can atır.
Şərqi Azərbaycan əyalətinin kənd təsərrüfatı başçısı Məsud Məhəmmədian əyalətdə istehsal olunan kənd təsərrüfatı məhsullarının satışını təmin etmək məqsədi ilə

Ermənistanla Gürcüstan sərhədində ortaq bazar qurmaq istədiklərini söyləyib
Güney Azərbaycan Xəbərləri





İran informasiya vasitələrinə istinadən məlumatda bildirilib ki, İran beynəlxalq sanksiyalardan qurtulmaq, eləcə də Ermənistanla bərabər bölgə və dünya bazarlarına çıxmaq üçün bu layihəni gerçəkləşdirmək niyyətindədir.

Məhəmmədian bu yöndə Ermənistan və Gürcüstanın kənd təsərrüfatı qurumlarının məsulları ilə görüşdüklərini və yaxın gələcəkdə işbirliyinə dair protokol imzalayacaqlarını vurğulayıb.

MÖHSÜN RZAYİ: “TÜRKİYƏYƏ İNANMAQ OLMAZ”
Güney Azərbaycan Xəbərləri





İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) keçmiş komandanı, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Möhsün Rzayi jurnalistlərə açıqlamasında Qərblə növbəti nüvə danışıqlarının Türkiyədə yox, başqa bir ölkədə keçirilməsini təklif edib.
“ Möhsün Rzayi İranın 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) ilə növbəti nüvə danışıqlarının İstanbulda keçirilməsinə müxalif olduğunu bəyan edib: “Türkiyəli dostların əldə etdiyimiz bir sıra razılaşmalara, verdikləri vədlərə sadiq qalmadığını nəzərə alaraq 5+1 qrupu ilə danışıqların başqa bir dost ölkədə keçirilməsi yaxşı olar. Türkiyəyə inanmaq olmaz. Elə buna görə də hesab edirəm ki, bu müzakirələrin Bağdad, Beyrut və ya Dəməşqdə keçirilməsi İstanbuldan daha münasibdir.
Biz elə davranmalıyıq ki, 5+1 qrupu bizim zəif mövqedən çıxış etdiyimizi düşünməsin. Məhz buna görə də müzakirələrin keçiriləcəyi yer haqda fikirləşmək lazımdır. Onlar elə bilməməlidir ki, İstanbul bizim yeganə və son seçimimizdir”.

ƏLİ LARİCANİ: “İSTANBULDA KEÇİRİLƏN KONFRANS İSRAİLƏ RÜŞVƏT VERƏNLƏRİN KONFRANSIDIR”
Güney Azərbaycan Xəbərləri






İran parlamentinin sədri Əli Laricani aprelin 2-də deputatlar qarşısında çıxış edərək Suriya mövzusu ilə bağlı İstanbul konfransından danışıb.
“Suriyanın dostları” qrupuna daxil olan ölkə və beynəlxalq təşkilatlar aprelin 1-də keçirilən İstanbul konfransında müxalif Suriya Milli Şurasını xalqın legitim təmsilçisi kimi tanıyıb. Konfransa 60-dan çox dövlətin yüksək rəsmisi, o cümlədən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qatılıb.
“Media forum” saytının məlumatına görə, Əli Laricani deyib: “İstanbulda “Suriyanın dostları” adı ilə keçirilən konfrans əslində İsrailə rüşvət verənlərin konfransıdır. Bu konfransa qatılan ölkələrin nümayəndələrindən soruşmaq lazımdır ki, bölgədə demokratiyanın vəziyyətindən və təhlükəyə düşməsindən narahatsınızsa, nəyə görə Bəhreyndəki vəhşi diktatorluğun və digər ölkələrdəki diktatorluqların qarşısında susur, sakit durursunuz?”




İranda islahatçı “Şərq” qəzetinin jurnalisti azadlıqdan məhrum edilib
Güney Azərbaycan Xəbərləri





İranda həbsdə olan qadın jurnalistlərdən Reyhanə Təbatəbai barəsində məhkəmə hökm çıxarıb. HRANA-ya istinadən yayılan məlumata görə, R. Təbatəbai Tehranda nəşr olunan islahatçı “Şərq” qəzetinin redaksiya heyətinin üzvüdür. Hakimiyyətə qarşı çıxmaqda ittiham olunan jurnalistin məhkəmə prosesi sona çatıb və barəsində 1 il həbs cəzası çıxarılıb.
Qeyd edək ki, R. Təbatəbai 2010-cu il dekabrın 12-də İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən evində həbs edilib. Jurnalist 36 gün təkadamlıq kamerada saxlanılıb.

Soydaşlarımız “Təbiət günü”nü Urmu Gölü kənarında keçiriblər- Video və foto
Güney Azərbaycan Xəbərləri





Bir qrup Milli Hərəkat fəalı Urmulu soydaşlarımızla birlikdə Təbiət Gününü (13 fərvərdin , 1 aprel) Urmu Gölü kənarında keçiriblər.Onlar, Azərbaycan müsiqisi səsləndirib və milli rəqslərimizi nümayiş etdiriblər. Mərasim iştirakçıları türk dilində şeirlər deyib və şənlik də ediblər.Soydaşlarımız rejimin Urmu Gölünün qurudulmasına yönələn siyasətini məhkum edib və bu zəmində çoxlu şüarlar səsləndiriblər. Səsləndirilən şüarlar arasında “Urmu Gölü qanımdır – Azərbaycan canımdır”, “Azərbaycan dur səs ver – Urmu Gölünə nəfəs ver”, “Urmu Gölü səsləyir, susuzam Haray Haray” kimi şüarlar olub.Mərasimin sonunda iştirakçılar tərəfindən gənclik marşı (Azərbaycan sənsən mənim...) oxunub və Gölə simvolik olaraq su tökülüb.
http://www.youtube.com/watch?feature=player_embedded&v=jDzwuRx5DeQ

Meşkinşəhrdə soydaşlarımız Urmu Gölünün qurudulması siyasətinə etiraz ediblər
Güney Azərbaycan Xəbərləri





Güney Azərbaycanın Meşkinşəhr (Xiyav) şəhərində də Urmu Gölünün qurudulması siyasətinə etiraz edilib və şüarlar səsləndirilib.Məlumata görə, min nəfərdən çox soydaşımız Meşkinşəhrin Ağdərə kəndində bir yerə toplaşaraq İran rejiminin Urmu Gölü ilə bağlı apardığı qərəzli siyasətini məhkum edib və bu siyasətin dərhal dayandırılmasını tələb ediblər.Etirazçılar Urmu Gölü ilə bağlı müxtəlif şüarlar səsləndiriblər. Məlumata görə, polis qüvvələri etirazçılara hücum edib və onlardan bir neçəsini yaxalayıb.

Geri dön