Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Fərəc Quliyev > Millət Vəkili Fərəc Quliyev: - Əməkdaşlıqla işğalçılıq bir araya sığmaz.
Millət Vəkili Fərəc Quliyev: - Əməkdaşlıqla işğalçılıq bir araya sığmaz. |
Avronest Parlament Assambleyası
Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin iclası. Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin 02 aprel 2012 –ci il tarixdəki iclasında gündəlikdəki: Komitənin 2012-2013-cu illər üçün nəzərdə tutulmuş fəaliyyətinin planlaşdırılması və hazırlığı məsələsi ilə baglı Azərbaycan Respublikası Milli Məclisinin üzvü Fərəc Quliyev təklif verdi: Hörmətli kolleqalar,biz qarşıdakı illərdə Avronestin daha da səmərəli işləməsini təmin etmək üçün fəaliyyət proqramında təbii ki, müəyyən dəyişikliklər etməliyik . Dünyada,o cümlədən Avropada proseslər gözlənildiyindən də cox dinamik olduğuna görə, “Böyük formasiya: yeni modellərin formalaşdırılması”labüddür. Bu deviz altında həm yeni siyasi yanaşmalar hazırlanmalı,həm də günün əsas mövzusu olan uzun müddət davam edən iqtisadi böhran şəraitində yeni iqtisadi modellərin axtarışı olmalıdır. Yeni iqtisadi modellərin axtarışı Avropa ittifaqında əməkdaşlıq edən dövlətlərin beynəlxalq qanunlara istinadla,suverenlik və ərazi bütövlüyünə hörmətə söykənən yanaşmasından kecməlidir. Avropa İttifaqı ilə Şərq tərəfdaşlarının əməkdaşlıq etdiyi məkanda ədalətli status-kvonun mövcudluğu real nəticələrin bazasıdır. Ona görə, Avropa İttifaqı ilə Şərq tərəfdaşlarının əməkdaşlıq etdiyi bölgədə ən azından Şərq tərəfdaşlığı proqramında iştirakçılar arasındakı müharibə və münaqişələrə son verilməsi üçün yol xəritəsi tərtib və tətbiq olunmalıdır.Əməkdaşlıqla işğalçılıq bir araya sığmadığından,nəinki işğalçı bu əməkdaşlıq formatında qalmalı, işğalçılara qarşı müvafiq sanksiyalar tətbiq olunmalıdır. İqtisadi müstəvidə isə İqtisadi böhran şəraitində risklərin azaldılması və idarə olunması müzakirə edilməlidir. İqtisadi modellər məcmusunda məşğulluq modelləri, innovasiya modelləri, sabitlik, sosial və texnoloji, ehtiyatlar modelləri formalaşdırılmalıdır.Bunun üçün, Avronestin məşğulluq, innovasiya, sabitlik, sosial , texnoloji, ehtiyatlar,artım altmövzulu Forum keçirməsi məqsədəuyğun olardı.Bu forumun harada kecirilməsi prinsipal məsələ deyil,amma bu məsələlərin müzakirə olunması ,məncə cox vacibdir. Diqqətinizə görə təşəkkür edirəm. Geri dön |