Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > ABŞ-da buruqların sayının azalması nefti bahalaşdırır
ABŞ-da buruqların sayının azalması nefti bahalaşdırır |
Dünya birjalarında neft bahalaşıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,13 dollar artaraq 52,50 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,16 dollar artaraq 55,61 dollar olub. Xatırladaq ki, ötən həftə hər iki markadan olan neft 3% ucuzlaşıb. Buna baxmayaraq, ABŞ-dan daxil olan müsbət siqnallar bugünkü ticarət sessiyasında nefti bahalaşdırır. Ötən həftənin cümə günü "Baker Hughes" şirkəti tərəfindən açıqlanan statistikaya əsasən, son 10 həftə ərzində ilk dəfə olaraq ABŞ-da quraşdırılan buruqların sayı azalıb. Hesabat həftəsi ərzində ABŞ-da quraşdırılan buruqların sayı 7 ədəd azalaraq 522-yə çatıb. Bu isə neftin qiymətinə müsbət təsir etməyə bilməzdi. Geri dön |