Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Xalçalardakı sadə, düz və bəzi xətt görüşmələri inancları ifadə edir
Xalçalardakı sadə, düz və bəzi xətt görüşmələri inancları ifadə edir |
"Azərbaycan xalçaçılığında bədii təfəkkür və inanc yaddaşının varis elementləri" adlı mühazirə
Hər bir xalq öz mənəvi aləminin seyirçisi olarsa, dərin keçmişinin aynasını göz önündə canlandıra bilər. Həmin aynada isə onun xalq olaraq necə formalaşdığının, hansı həyat tərzini yaşadığının, sülh, yaxud müharibə, aclıq, işğal və qələbə ilə zəfər dolu tarixlərinin, eyni zamanda qəlblərində yer tapan zövq almaq istədiklərinin- səsin, sözün, xəttin, rəngin, naxışların və geyimin, yaşamaq istədikləri tikililərin sadalaya bilmədiyimiz mədəniyyət sistemlərinin şahidi ola bilərlər. Dünyada mövcud olan xalqlar arasında öz tarixi, mənəvi aləmi, mədəniyyət ilə seçilən və incəsənətin, demək olar ki, bütün sahələrində uğurlu və əvəz olunmaz iz qoyan Azərbaycan xalqı da hər an öyünə bilər. Ötən gün Azərbaycan Xalça Muzeyində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Məmmədhüseyn Hüseynovun "Azərbaycan xalçaçılığında bədii təfəkkür və inanc yaddaşının varis elementləri" adlı mühazirəsi keçirildi. Mühazirə zamanı Azərbaycan xalçasındakı inanc yaddaşının həyat hekayəsi, xəttlər və xəttlərin kombinasiyası hesabına yaranan sadə arxaik naxışların bəzi yozumları açıldı. Xalçaçı- rəssam xalçalardakı sadə, düz və bəzi xətt görüşmələri inancları necə ifadə etdiyi, həmçinin onların Azərbaycan türklərinin düşüncəsində bədii dilə neçə gətirdiyini izah etdi. Azərbaycan xalçasının tədqiqat şərtləri və onların təsnifatı önə çəkildi. Mühazirə zamanı Azərbaycan xalçalarının üzərindəki elementləri slayt formada nümayiş olundu. Geri dön |