Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Azərikimya”da ətraf mühitə təsirlərin qiymətləndirilməsi sənədinin ictimai dinləməsi keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > “Azərikimya”da ətraf mühitə təsirlərin qiymətləndirilməsi sənədinin ictimai dinləməsi keçirilib

“Azərikimya”da ətraf mühitə təsirlərin qiymətləndirilməsi sənədinin ictimai dinləməsi keçirilib


SOCAR-ın Ekologiya İdarəsinin təşəbbüsü ilə “Azərikimya” İstehsalat Birliyində (İB) “Etilen-Polietilen Zavodunun “EP-300” qurğusunun modernləşdirilməsi və istismarı” layihəsi üzrə ətraf mühitə təsirlərin qiymətləndirilməsı (ƏMTQ) sənədinin ictimai dinləməsi keçirilib.

Bu barədə SOCAR-ın mətbuat xidmətindən bildirilib. Tədbirdə “Azərikimya” İB-nin icraçı direktorunun əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini Vüqar Kərimov ƏMTQ sənədi haqqında məlumat verib.

“Azərikimya” İB-nin modernləşdirilməsi və yenidənqurma işlərinin təşkili şöbəsi tərəfindən slaydlar vasitəsilə “Etilen-Polietilen Zavodunun “EP-300” qurğusunun modernləşdirilməsi və yenidənqurma layihəsi və onun texniki göstəriciləri” mövzusunda təqdimat keçirilib.

Qeyd olunub ki, layihə ərazisi SOCAR-ın müvafiq struktur bölmələri tərəfindən tikinti işlərinin aparılması üçün təmizlənib, köhnə obyektlər demontaj edilib, yollar çəkilib, ətrafda abadlıq işləri aparılıb, ərazi tikinti işlərinin başlanılması üçün hazır vəziyyətə gətirilib. Layihənin icrası ilə mövcud texnoloji qurğular modernləşəcək, “EP-300” qurğusunun istehsal gücü artacaq, texnoloji proseslərin stabil və təhlükəsiz istismarına nail olunacaq. Bu da nəticədə ümumi məhsuldarlığın artmasına, alınan məhsulun keyfiyyətinin yüksəldilməsinə, işçilərin iş şəraitinin və sosial rifah halının yaxşılaşmasına zəmin yaradacaq.

Sonra SOCAR-ın Ekologiya İdarəsi tərəfindən “ƏMTQ prosesi və layihənin ekoloji üstünlükləri”, “Layihə ərazisində ətraf mühitin ilkin vəziyyətinin tədqiqi”, “Potensial təsirlər və onların qiymətləndirilməsi” mövzularında geniş təqdimatlar dinlənilib, mütəxəssislər tərəfindən layihənin texniki göstəriciləri, layihə ərazisinin ilkin vəziyyəti, flora və fauna, tikinti və istismar dövründə proqnozlaşdırılan potensial təsirlər və onların yumşaldılması tədbirləri, alternativ variantlar, o cümlədən ekoloji monitorinq, ətraf mühitin, tullantıların və çirkab sularının idarə edilməsi planları və sair haqqında tədbir iştirakçılarına geniş məlumat verilib.

Tədbirin sonunda iştirakçıların çoxsaylı sualları ətraflı cavablandırılıb.

Geri dön