Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dəmir yolunun Ucar-Bərgüşad mənzilində 10,6 kilometr yolun əsaslı təmirinə start verilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Dəmir yolunun Ucar-Bərgüşad mənzilində 10,6 kilometr yolun əsaslı təmirinə start verilib

Dəmir yolunun Ucar-Bərgüşad mənzilində 10,6 kilometr yolun əsaslı təmirinə start verilib


Yanvarın 17-də dəmir yolunun Ucar-Bərgüşad mənzilində 10,6 kilometr yolun əsaslı təmirinə start verilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi İsmayıl Sadıqov bildirib ki, təmir işləri bir həftə davam edəcək. Artıq köhnə yolun sökülməsi prosesi başa çatıb, yeni yolun qoyuluşuna başlanılıb.

Xatırladaq ki, 2015-ci il aprelin 14-də “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 kilometr hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.

Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 208 kilometr dəmir yolu əsaslı təmir olunub.

Geri dön