Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkçülüyə xidmət edən "Ərgənəkonçu"dur və həbs olunmalıdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Türkçülüyə xidmət edən "Ərgənəkonçu"dur və həbs olunmalıdır

Türkçülüyə xidmət edən "Ərgənəkonçu"dur və həbs olunmalıdır


AKP hakimiyyətə gətiriləndən Türkiyə daxilində anti-türkçülük əməliyyatları başlanıb və sürətlənməkdə davam edir. İndi də Kənan Evrən həbs yolunda

12 Sentyabr hərbi çevrilişi ilə bağlı dönəmin 7-ci prezidenti Kənan Evrən ilə təqaüdçü Hava Qüvvələri generalı Tahsin Şahinkayanın məhkəmə prosesi başlayıb. Evrən və Şahinkaya sağlamlıq vəziyyətlərini səbəb göstərərək məhkəməyə qatılmayıblar.

Türkiyədə, xüsusilə 70-ci illərdə başlayan sağ və sol fikirli qruplar arasında qarşıdurmalar artıq nəzarətdən çıxıb, hökumət isə gərginliyi yatırtmaqda aciz qalıb. Və bu vəziyyətdə Türk Silahlı Qüvvələri 12 Sentyabr 1980-ci ildə müdaxilə edərək hakimiyyətə gəlib. 1980-84-cü illər arasında terror olaylarına qarışdıqları səbəbi ilə 50 nəfər edam edildi, 650 min nəfər isə həbs edilib.

Ankara 12-ci Ağır Cəza Məhkəməsində başlayan məhkəməni izləmək üçün çoxlu sayda vətəndaş, təşkilat, qeyri-hökumət təşkilatları və siyasi partiya təmsilçiləri məhkəmə önündə toplanıb.

Kənan Evrən və Tahsin Şahinkayanın vəkili Bülənt Acar məhkəmənin işə baxmaq səlahiyyətinin olmadığını bildirərək, “iddianamənin yox hökmündə olduğuna qərar verilməsini” istəyib. Məhkəmə isə bu tələbi rədd edib.

Leyla Əliyeva

Geri dön