Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Batumidə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə işçi qrupunun ilk iclası keçirilib
Batumidə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə işçi qrupunun ilk iclası keçirilib |
Yanvarın 17-də Batumidə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə işçi qrupunun cari ildə ilk iclası keçirilib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən bildirilib ki, iclasda Çin-Avropa istiqamətində Xəzər üzərindən keçməklə transxəzər dəhlizi üzrə tariflər bir daha nəzərdən keçirilib, marşrutun digər alternativ xətlərlə müqayisəli təhlili aparılıb. Toplantıda dəhlizin rəqabət qabiliyyətinin daha da artırılması, yarana biləcək çətinliklərin aradan qaldırılması məsələləri də diqqət mərkəzində olub. İşçi qrupunun üzvləri Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsindən sonra yüklərin Xəzər üzərindən keçməklə Avropaya, Ukraynada mövcud geosiyasi vəziyyətlə bağlı isə yüklərin Orta Asiya və Çinə çatdırılması imkanları barədə ətraflı fikir mübadiləsi aparıblar. Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Ukrayna və Polşanın əlaqədar qurumlarının qatıldığı toplantıda ölkəmizi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “Azərbaycan Dəmir Yolları” və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-lərin nümayəndələri təmsil ediblər. Sonda iclasın yekunlarına dair protokol imzalanıb. Yanvarın 18-də isə “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının təsisçilərinin iclası keçiriləcək. İclasda Assosiasiyanın 2017-ci il üçün iş planı təsdiq olunacaq. Xatırladaq ki, 2016-cı ilin oktyabrında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna hüquqi status verilərək Beynəlxalq Assosiasiya formatına gətirilib. Geri dön |