Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İndiyədək dünya bazarında Azərbaycanın payına düşən 232 mln. ton mənfəət nefti satılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > İndiyədək dünya bazarında Azərbaycanın payına düşən 232 mln. ton mənfəət nefti satılıb

İndiyədək dünya bazarında Azərbaycanın payına düşən 232 mln. ton mənfəət nefti satılıb


Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsindən ("AÇG" layihəsi, "Əsrin Müqaviləsi") işlənmənin əvvəlindən 2017-ci il yanvarın 1-dək 416,5 mln. ton neft və 128,2 mlrd. kubmetr qaz hasil edilib.
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə “Respublika” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda həmin yataqlardan ayda 2,6 mln. ton neft və 1 mlrd. kubmetrdən çox qaz hasil olunur: “Artıq 18 ildir ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edir. 2017-ci il yanvarın 1-dək dünya bazarında Azərbaycanın payına düşən 231,8 mln. ton mənfəət nefti satılıb. Mənfəət neftinin həcmi ilbəil artır. 2016-cı ildə dünya bazarında satılmış 32,7 mln. ton neftin 19,3 mln. tonu, yəni 59%-i Azərbaycanın payına düşən mənfəət nefti olub”.
Şirkət rəsmisi qeyd edib ki, bu il yanvarın 1-dək dünya bazarına 435,4 mln. ton Azərbaycan nefti çıxarılıb və bunun 321,7 mln. tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilib.
Xatırladaq ki, "AÇG" yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. "AÇG" layihəsində BP (operator – 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "İnpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "İtochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) şirkətləri iştirak edir.

Geri dön