Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ukrayna Beynəlxalq Ədalət Məhkəməsində Rusiya ilə bağlı iddia qaldırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Ukrayna Beynəlxalq Ədalət Məhkəməsində Rusiya ilə bağlı iddia qaldırıb

Ukrayna Beynəlxalq Ədalət Məhkəməsində Rusiya ilə bağlı iddia qaldırıb


BMT-nin ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsinə Ukraynanın Rusiya Federasiyasına qarşı icraat başlamaqla bağlı müraciəti daxil olub.
Beynəlxalq Ədalət Məhkəməsinin bəyanatına istinadən xəbər verilir ki, rəsmi Kiyev hakimlərdən Moskvanın terrorizmin maliyyələşdirilməsi barədə Beynəlxalq Konvensiya və irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya üzrə öhdəliklərini pozduğunu tanımasını istəyir.
İddia ərizəsində bildirilib ki, Rusiya Ukraynanın şərqində silahlı üsyan yaranmasına səbəb olub və hazırda da onlara dəstək verir.
"Ukrayna hesab edir ki, bu cür addımlarla Rusiya beynəlxalq hüququn əsas prinsipləri pozur", - Beynəlxalq Ədalət Məhkəməsinin bəyanatında deyilir.
Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə orqanı kimi BMT Nizamnaməsi tərəfindən təsis edilib. Məhkəmə yalnız onun yurisdiksiyasının könüllü tanınması halında və yalnız dövlətlər arasında yaranmış hüquqi mübahisələrə baxır. Bu günə qədər dünyada yalnız 70-ə yaxın ölkə Məhkəmənin yurisdiksiyasının tanınması barədə bəyanat verib.

Geri dön