Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Naxçıvanda açıq ürək əməliyyatları keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Naxçıvanda açıq ürək əməliyyatları keçirilib

Naxçıvanda açıq ürək əməliyyatları keçirilib


Mərkəzi Neftçilər Xəstəxanasının ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə Heyətinin sədri Rəşad Mahmudov növbəti dəfə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində ixtisaslı yerli kadrlarla birgə açıq ürək əməliyyatları keçirib.

Əvvəlcə ürək və qan-damar sistemi xəstəliklərindən əziyyət çəkən xəstələr müayinəyə cəlb ediliblər.

Yerli həkimlər tərəfindən müayinə olunaraq qeydiyyata götürülən və əməliyyatı planlaşdırılan xəstələr üzərində 5 açıq ürək-aortakoronar şuntlama əməliyyatı keçirilib. Əməliyyatlar uğurla başa çatıb.

Naxçıvanın bütün səhiyyə müəssisələrində, eləcə də Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində olan ən müasir tibbi avadanlıqlar və peşəkar yerli həkim briqadası burada ən ağır əməliyyatların, o cümlədən açıq ürək əməliyyatlarının aparılmasına imkan verir.

Qeyd edək ki, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində təkcə ötən il 112 nəfər üzərində uğurlu açıq ürək əməliyyatı aparılıb.

Geri dön