Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Neft Daşları” yatağında daha bir quyu əsaslı təmirdən sonra istismara verilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > “Neft Daşları” yatağında daha bir quyu əsaslı təmirdən sonra istismara verilib

“Neft Daşları” yatağında daha bir quyu əsaslı təmirdən sonra istismara verilib


“Neft Daşları” yatağındakı 1887 nömrəli stasionar dəniz özülündə 2287 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, quyu məhsuldar qat çöküntülərinin fasilə lay dəstəsindən fontan üsulu ilə məhsul verib, 2565-2553 metr intervaldan gündəlik 12 ton neft və 16 min 300 kubmetr qaz hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft və qazçıxarma idarəsi (NQÇİ) tərəfindən həyata keçirilir.

Geri dön