Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan üzrə səyyar turizmdə 32% artım müşahidə edilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Azərbaycan üzrə səyyar turizmdə 32% artım müşahidə edilir

Azərbaycan üzrə səyyar turizmdə 32% artım müşahidə edilir


Momondo” beynəlxalq turizm axtarış sistemi 2014-2016-cı illərin tələbat dinamikasını müəyyənləşdirmək üçün Rusiyanın müstəqil səyyahları arasında təhlil aparıb.
Aparılan təhlilə əsasən əldə edilən göstəricilərin 2017-ci ildə də eyni olacağı gözlənilir.
Son iki ildə Rusiyada rublun kursu və iqtisadi vəziyyətlə əlaqədar olaraq keçmiş potsovet ölkələrində - Qazaxıstan (2016-cı ildə 4% artım), Gürcüstan (61% artım) və Azərbaycan (32% artım) üzrə səyyar turizmdə artım müşahidə edilir.
"Momondo”nun Rusiyadakı təmsilçisi İrina Ryabovola bildirib ki, rus səyyar turistlər üçün adıçəkilən ölkələr büdcə istiqamətlidir: “Hazırda sözügedən ölkələrdə turizm sektoru inkişaf edir. Bu baxımdan yuxarıda qeyd edilən ölkələr 2017-ci ildə də səyyar turistlərin səfər edəcəyi trend istiqamətlər olmağa davam edəcək. Məsələn, bu il Qazaxıstanda 2020-ci ilə qədər turizm sahəsinin inkişaf etdirilməsi proqramının ikinci mərhələsinin həyata keçirilməsinə başlanılacaq. Eyni zamanda, bu il müxtəlif aviaşirkətlərin cəlb edilməsi üçün ölkə “açıq səma” rejiminə keçəcək. “Financial Times”ın versiyasına görə, Özbəkistan bu günlərdə 2017-ci ildə ən çox səfər ediləcək ikinci ölkə adını alıb”.

Geri dön