Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qəsdimiz, məqsədimiz və testimiz
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Qəsdimiz, məqsədimiz və testimiz

Qəsdimiz, məqsədimiz və testimiz


Son vaxtlarda mətbuat səhifələrində ali və orta ixtisas məktəblərinə qəbulun test üsulu aparılması məsələlərin vacib olub-olmaması haqqında yenə də söz açılırır, bilənlər də, bilməyənlər də təhsilin daha yüksək inkişafı üçün cəmiyyətə yol göstərmək istəyirlər.
Əlbəttə, təhsilə qayğı göstərmək, təhsilin təəssübkeşi olmaq bəyəniləndir.Bu iş həmişə alqışlanmalıdır.

Bu il ali və orta ixtisas məktəblərinə qəbulun test üsulu ilə keçirilməsini həyata keçirən qurumun-TQDK-nın yaradılmasının 25 ili tamam olur.

23 ildir ki, mən bu qurumun işində ən fəal iştirak edənlərdən biriyəm.Odur ki, bu məsələlərdən danışmağa həm hüquqi ,həm də mənəvi haqqım çatır.

1994-1995- ci illərdə TQDK-da fənn komissiyaları yaradılanda mən və mənimlə bir
təhsil ocağında -291 nömrəli Araz Ekologiya Liseyində işləyən bir neçə müəllim fənn komissiyalarına rəhbər seçildik.

Elxan Əmirbəyov-fizika,Vəli Əliyev-kimya,Tariyel Heybətov-biologiya, mən - Nazim Nəsrəddinov Azərbaycan dili və ədəbiyyatı komissiyalarına rəhbərlik etməyə başladıq.

Uzun illərin təcrübəsi göstərir ki,o vaxtlar test üsulu ilə tələbə qəbulu ölkədə aparılan ən uğurlu yaradıcı işlərdən biri idi.Gücünə, biliyinə inananlar məhz test üsulunun köməyi ilə tələbə adını qazanırlar.Burada qəbulla ilgili heç bir problem yaranmır. Test üsulu ilə tələbə adını qazananların cərgəsində, məncə, hələ akademiklər yoxdur.Amma elmlər doktorları çoxdur.Mən bu gün də test üsulunu yüksək qiymətləndirir və bu üsulun hələ bir neçə il öz fəaliyyətini davam etdirəcəyinə inanıram.

Mən ona da inanıram ki,qəbul imtahanlarının tədricən başqa üsul ilə aparılacağı gün uzaqda deyil.Mən belə hesab edirəm ki,imtahan iştirakçısının bir cümləsindən onu tanımaq olur.Başqa sözlə,qəvul imtahanlarını tədricən orta məktəblərin özlərinə həvalə etmək lazımdır.Burada tərəfkeşliyin qarşısını almaq üçün,söz yox ki, müvafiq qaydalar tətbiq edilməlidir.

Birinci,orta məktəb müəllimlərinin əmək haqqı Milli Məclis deputatlarının əmək haqqından az olmamalıdır.

İkinci, müəllimlərin ustalığına qayğı gösrərilməli,onların inkişafı üçün lazımi şərait yaradılmalıdır.

Üçüncü,dərs vəsaitləri yenidən işlənməli,oradakı tədris materialları həm elmi,həm də təcrübi xarakter daşımalıdır.Alternativ dərslik adı ilə müxtəlif vəsaitlərin hazırlanaraq şagirdlərin mütaliəsinə yönəldilməsinin qarşısı alınmalıdır.

Bu istiqamətdə başqa fikirlər də ola bilər.Deyilən hər cözə həssaslıqla yanaşmaq lazımdır.Təmayüllü siniflərin və təmayüllü məktəblərin sayı artırılmalıdır.

Bəzən təmayül valideynin təklifi ilə seçilir.Sonradan məlum olur ki,şagirdin təmayül seçimi düzgün aparılmayıb.Çətinlik elə onda başlayır.

Bu gün orta məktəb dərslikləri həddindən artıq yorucu və cansıxıcıdır.Bəlkə də bu reallığı çoxları nədənsə qəbul etməyəcəkdir.Bu da təbiidir.Axına qarşı irəliləməyi hər adam bacarmır.

Dərsliklərin çətinliyini göstərmək üçün öz ixtisasıma aid nümunələrdən söz açmaq istəyirəm. Azərbaycan dili və ədəbiyyatı dərsliklərində hələ elmdə öz həllini tapmayan məsələlərin qabardırılması yolverilməzdir.

Bu gün heç kim öz nitqində orfoepik qaydalara əməl etmir.Amma abituriyentlərin biliyini ən çox bu qaydalara görə müəyyənləşdirmək istəyirik. Sözlərdə vurğunun yerini müəyyənləşdirmək də şifahi ədəbi dilimiz üçün çətinlik və dolaşıqlıq törədən mövzulardandır.Feilin şəkilləri,köməkçi nitq hissələri,sintaktik əlaqələr,dünya dillərinin geneoloji təsnifatı, ədəbi dil normaları, lüğətlərin növləri, üslublar və s. mövzuların dərsliklərdəki təqdimatı çox nöqsanlı və mübahisəlidir.

Ədəbiyyatımızın öyrənilməsində də müəyyən problemlər meydana çıxır.Ədəbiyyat tariximizin dövrlərə ayrılması,milli mətbuatımızın təqdimatı,ədəbi janrların və növlərin tanıdılması məsələləri də hələlik dərsliklərdə elmi-metodoloji həllini tapmayıb.

Ədəbiyyat fənninin dərsliklərdəki təqdimatında ən çətin məqamlardan biri də əruz vəzninin öyrənilməsinə yönəldilən tələblərdir.Bu gün Azərbaycanda əruz vəznini anlayan, başa düşən və anlartmağı bacaran, bəlkə də 5-10 müəllim var.Belə ki, əruz vəzni ədəbiyyat nəzəriyyəmizin hələ də öyrənə bilmədiyi sahədır.

Gəlin uşaqlardan özümüz bilmədiyimiz nəsnələri soruşmayaq.

Test - şagirdin fəhmini başa düşmək üçün daha lazımlıdır. Biz 5-10 testlə şagirdlərin biliyini sınaya bilərik.Bu günün şagirdinə qəsdən testlə çətinlik yaratmaq düzgün deyil.Testlərdən geniş şəkildə istifadə-- mütaliə mədəniyyətimizi ləngidir. Ümumu mədəniyyətin ayrılmaz hissəsi olan nitq mədəniyyətini formalaşdırmaq üçün biz mütaliə mədəniyyətimizi müntəzəm olaraq artırmalıyıq.

Ali məktəblərə tədricən orta ümumtəhsil məktəblərinin buraxılış və ya son siniflərinin imtahan nəticələri ilə daxil olmağın üstünlükləri hamının diqqətini özünə cəlb etməlidir.

Bugünkü imtahanlar və onlara sərf olunan vaxt itlisi də bizi ciddi düşündürməlidir.


Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

Avropa Azərbaycan Məktəbinin sabiq kafedra müdiri və müəllimi,
türkoloq.

Bakı.

19.01.2017.

Geri dön