Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avronest Parlament Assambleyasının Bakı toplantısı….
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Avronest Parlament Assambleyasının Bakı toplantısı….

Avronest Parlament Assambleyasının Bakı toplantısı….


Azərbaycanın beynəlxalq imicini artırdı

Avronest Parlament Assambleyasının Bakıda keçirilən toplantısı başa çatdı. Bu toplantını dəyərləndirən siyasi ekspertlər hesab edir ki, Ermənistandan fərqli olaraq Azərbaycanda təşkil olunan tədbir bir sıra özəllikləri ilə yadda qaldı. İlk öncə erməni deputatların toplantıda iştirakı zamanı heç bir insidentin baş verməməsi, Ermənistanda təşkil olunan tədbirlərdən fərqli olaraq Bakıda erməni deputatlarının mikrafonlarının söndürülməməsi, onların Bakının bir sıra yerlərini gəzmələrinə şərait yaradılması bir daha onu göstərdi ki, Azərbaycan toplantının yüksək səviyyədə təşkili üçün daha ciddi iş aparıb. Bütün bunlar isə təbii ki, ölkəmizin beynəlxalq imicinin daha da yüksəlməsi üçün zəmin yaradır. Ekspertlər qeyd edir ki, Azərbaycanın Avronest PA-da təmsilçiliyi olduqca vacib amildir. Burada təmsilçilik Azərbaycan üçün bir sıra siyasi-iqtisadi məsələlərin həllində yardımçı olacaq. Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyinin daha geniş sferada dəstəklənməsi üçün zəmin yaradacaq. Ekspertlər onu da bildirirlər ki, indiki zamanda, ermənipərəst qüvvələr Azərbaycanın beynəlxalq imicimə zərbə vurmaq üçün müxtəlif vasitələrə əl atırlar. Hətta bəzi beynəlxalq təşkilatlarda, nüfuzlu təşkilatların hazırladıqları hesabatlarda Azərbaycanın adının alt sırada yer alması üçün dəridən-qabıqdan çıxırlar. Bütün bunların qarşısını almaq üçün Avronest PA-da təmsilçilik təbii ki, öz bəhrəsini verəcək. Onu da qeyd edək ki, Bakıda təşkil olunan tədbirlə bağlı Avronest PA-nın həmsədri Boris Tarasyuk öz fikirlərini belə ifadə edib: “Bakıda assambleyanın 4 komitə iclasında işçi qrupda hazırlanmış sənədlər müzakirə edildi. Biz siyasi bəyanatlardan konkret fəaliyyətə keçməliyik. Şərq Tərəfdaşlığı artıq Aİ-nın ayrılmaz tərkibinə çevrilir. Azərbaycan isə Avropanın Şərqi paytaxtıdır”. Ekspertlər onu da qeyd edirlər ki, Bakı toplantısı Azərbaycanın demokratik dəyərlərin təminatçısı, insan hüquqları və digər sahələrdə dünyanın bir sıra ölkələri ilə müqaisə olunacaq dərəcəyə qədər irəlilədiyini göstərdi: “Avronest PA-nın üzvləri özləri bunu açıq-aydın vurğulayırlar ki, Azərbaycan demokratik prinsiplərdən çıxış edən ölkədir. Eyni zamanda o da qeyd olunur ki, Azərbaycanın beynəlxalq məsələlər üzrə mövqeyi Avropa İttifaqının mövqeyi ilə üst-üstə düşür”. Ekspertlər onu da bildirirlər ki, hazırkı şəraitdə beynəlxalq aləm Azərbaycan faktoruna böyük önəm verir.

Ədil Ədilzadə

Geri dön