Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fətəlibəyli-Düdənginskinin Ceyhun Hacıbəyliyə məktubu - Avropa düşərgələrindəki həmvətənlərimizin vəziyyəti dözülməzdir – MÜHACİR MƏKTUBLARI
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Fətəlibəyli-Düdənginskinin Ceyhun Hacıbəyliyə məktubu - Avropa düşərgələrindəki həmvətənlərimizin vəziyyəti dözülməzdir – MÜHACİR MƏKTUBLARI

Fətəlibəyli-Düdənginskinin Ceyhun Hacıbəyliyə məktubu - Avropa düşərgələrindəki həmvətənlərimizin vəziyyəti dözülməzdir – MÜHACİR MƏKTUBLARI


Əbdürrəhman Fətəlibəylinin başçılığı altında olan legionerlərin böyük bir hissəsi İtaliyada ingilislərin nəzarəti altında saxlanılırdı. Ə.Fətəlibəylinin 1947-ci ilin dekabrın 5-də Ceyhun Hacıbəyliyə göndərdiyi məktubunda bu haqda maraqlı məlumatlar var. Qeyd edim ki, Ə.F.Düdənginskinin Ceyhun Hacıbəyliyə bir neçə məkutubu var. Enter.News Nəsiman Yaqublunun araşdırmalarından əldə etdiyimiz həmin məktublardan birini təqdim edir:

“Mənim əzizim Ceyhun bəy! Fuad mənə məlumat verdi ki, tez-tez xəstələnirsiniz. Özünüzü qoruyun. Olsun ki, tezliklə, böyük Allahın köməyi ilə biz yenidən mücahidəmizi başlayaq. Beynəlxalq vəziyyət getdikcə bizim xeyrimizə dəyişir. Mən daha çox 1948-ci ilə ümidlə baxıram. Avropa düşərgələrindəki həmvətənlərimizin vəziyyəti dözülməzdir. Üçüncü ildir ki, burada çırpınırıq, lakin qardaşlarımız hamımıza biganədir. Olsun ki, Misirin köməyi ilə adamlarımızı İtaliyadan göndərə bildik. Artıq ikinci aydır ki, Zahid xan Qahirədədir və qaçqınların problemləri ilə məşğuldur. O, bütün müsəlman ölkələri hökumətləri ilə əlaqə saxlayır. Hələlik, İordaniya və İraq ölkələri 2-3 min qəbul götürməyə razılıq veriblər. Pakistanın da qərarını gözləyirik. İtaliyadakı bütün müsəlmanları göndərdikdən sonra özüm Misirə gedib, orada Almaniyadan, Avstraliyadan, İsveçrədən gələnləri qəbul edəcəyəm. Görəcəyimiz başqa işlərlə bağlı isə Fuad sizə geniş məlumat verəcək. Mənim ailəm isə hələ də düşərgədə əziyyət çəkir. Onları görə də bilmirəm. İnşallah! Onlar da birinci nəqliyyatla gedəcəklər. Ələsgərov artıq Türkiyədədir və Ziyad bəy onu işə düzəltmişdir. Lakin onun ailəsi isə hələ də buradadır. Mən çalışacağam ki, onları Misirə göndərim, oradan isə Türkiyəyə getsinlər. Zöhrə xanımın əllərini öpürəm. Sizi və Timurçini qucaqlayıram. Sizin Abo”

Təqdim etdi: Rəşad Sahil

Geri dön