Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ-ın addımları dünya iqtisadi artımını dəfn edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > ABŞ-ın addımları dünya iqtisadi artımını dəfn edəcək

ABŞ-ın addımları dünya iqtisadi artımını dəfn edəcək


Çin Xarici İşlər Nazirliyi ABŞ hökumətini yuanın kursunu nəzarətdə saxlamağa yönəlmiş və Senatın qəbul etdiyi qanun layihəsini geri çəkməyə çağırıb.

Çin XİN-in mətbuat katibi Mao Zhaoxu bildirib ki, layihə dünya iqtisadi artımını stimullaşdırmaq cəhdlərini sıfır səviyyəsinə endirə bilər.

Sənədi Ümumdünya Ticarət Təşkilatının prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndirən XİN sözçüsü deyib ki, Çin ABŞ Konqresini və prezident Barak Obamanı bu təşəbbüsə qarşı qətiyyətlə çıxmağa və daxili qanunvericilikdən xarici siyasətdə istifadə etməyin qarşısını almağa çağırır.

Qeyd edək ki, qanun layihəsində ixracı stimullaşdırmaq məqsədilə milli valyutasının kursunu məqsədli şəkildə aşağı salan ölkələrin ixrac etdiyi məhsullara qarşı ABŞ tərəfindən kompensasiya rüsumunun tətbiqi nəzərdə tutulur. Bəzi amerikalı qanunvericilərin fikrincə, yuanın kursu ən azı 40% azaldılıb ki, bu da çinli istehsalçılara və ixracatçılara beynəlxalq bazarlarda üstünlük verir. Onlar qeyd edirlər ki, əgər Çin valyutası öz həqiqi kursunun səviyyəsinə yüksələrsə, ABŞ-dan ixrac artar ki, bu da ölkədə yeni iş yerlərinin açılmasına stimul olar.

Layihə Senatdan sonra Nümayəndələr Palatasının da dəstəyini qazanmalıdır. Amma burada layihənin əleyhdarları olan respublikaçılar üstünlük təşkil edir.

Geri dön