Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Baş ağrısının qarşısını necə almaq olar?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Baş ağrısının qarşısını necə almaq olar?

Baş ağrısının qarşısını necə almaq olar?


Hər bir insan həyatında yüngül də olsa baş ağrısı ilə qarşılaşır. Baş ağrıları fərqli səbəblərdən əmələ gələ bilər.

Bu sözləri Liman klinikasının həkimi Rəna Nəbiyeva bildirib.

“Əsas faktorlardan biri gərginlik və stressdir. Stressdən qaynaqlanan baş ağrıları boyun, çiyinlər və başa təsir edir. Çiyin və boyun əzələlərində əmələ gələn ağrılar birbaşa olaraq baş bölgəsinə təsir edir. Ancaq, hər ağrıda dərman istifadə etməyi vərdiş etsəniz, bir müddət sonra dərman ağrıları yaşamağa başlarsınız. Yəni dərman asılısı olduğunuz üçün dərmanı etmədikdə ağrı başlayar. Bu səbəbdən mümkün olduqca ağrıkəsicidən uzaq olun.

Bunun üçün məsələn, yaxşı bir masaj təsirli ola bilər. Əgər masaj edə bilmirsinizsə, səssiz və xoş mühitdə bir neçə dəqiqə uzanın.Təmiz havada çıxıb gəzin,isti duş qəbul edin.Bu bədəninizdə boşalma hissi yaradar. Duşa girməsəniz, ayaqlarınızı isti su dolu bir qabda saxlayın. sonra su ilıq olana qədər soyuq su əlavə edin. Ayaq duşundan sonra corab geyinin və istirahət etmək üçün yatın. Beyində yüksələn qan axışı ayaqlara köçürülər və baş ağrısı sona çata bilər.Bir bezi soyuq suyla isladaraq və ya paketə buz qoyaraq başınıza soyuq kompres edin. Ümumiyyətlə baş ağrılarını ciddi qəbul edib həkimə müraciət etmək lazımdır. Çünki baş ağrısı bədəninizdə nələrinsə əskikliyindən də xəbər verən bir işarədir. Bunun üçün vaxtında həkimə müraciət etmək lazımdır.Əks halda baş ağrınız xronikiləşə bilər”.

Geri dön