Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Qobustanda qayaüstü rəsmlər və mağaralar təhlükədə - FOTO
Qobustanda qayaüstü rəsmlər və mağaralar təhlükədə - FOTO |
ETSN: "Prosesin bu intensivliklə davam etməsi qayaüstü rəsmlər və qədim mağaralar üçün fəsadlar yaradacaq"
Mədəniyyət və Turizm Nazirliyinin müraciəti əsasında Qobustan qoruğunda Kiçikdaş dağında baş vermiş struktur-denudasiya prosesləri ilə əlaqədar vizual mühəndisi-geoloji araşdırmaların nəticələri açıqlanıb. Araşdırmalar Ekologiya və Təbii Sərvətlər (ETSN) və Fövqəladə Hallar Nazirliklərinin (FHN) əməkdaşları tərəfindən Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşlarının iştirakı ilə 31 mart 2012-ci il tarixdə həyata keçirilib. Bu barədə ETSN-nin rəsmi saytında məlumat yerləşdirilib. Məlumatda bildirilir ki, struktur-arid-denudasion mənşəli Kiçikdaş antiklinal tirəsi Aşağı Kür və Abşeron-Ceyrankeçməz çökəkliklərinin tektonik təmas zonasında mövcud olan Eopleystosen-Erkən Pleystosen yaşlı inversion Ələt-Ləngəbiz tirələr sisteminin kənar şərq hissəsində, Qaradağ rayonunun Qobustan qəsəbəsindən 2 km şimal-qərbdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Qobustan Milli Tarix-Bədii Qoruğunun ərazisində yerləşir. Qoruqda aparılan geoloji tədqiqatların nəticəsində məlum olub ki, iri qırışıqlıqlarla (mailliyi 45-600) və yarğanlarla əhatə olunmuş terrasvari quruluşa malik Kiçikdaş dağı ekzogen geoloji proseslərin baş verməsi nəticəsində zəif zədələnmiş sahədir və zədələnmə əmsalı 0,1-dən azdır. Dağın ətəklərində yarğan eroziyası, səthi yuyulma və az dərəcədə sürüşməni xatırladan qayma-axma prosesləri mütəmadi olaraq aktivləşir. Aparılmış araşdırmalar zamanı müəyyən edilib ki, Kiçikdaş dağının zirvəsində, təqribən 14 hektar sahəyə malik peneplenləşmiş suayrıcının cənub-şərq hissəsi uzunluğu 150-180 m, eni 0,7-2,0 m, görünən dəriliyi 10-30 m olan qırılma xətti ilə mürəkkəbləşib. Stuktur-denudasiya proseslərinin təsirindən, eləcə də, 2012-ci ilin yanvar-mart aylarında yağan yağıntıların təsirindən Kiçikdaş dağının tağ hissəsini təşkil edən və görünən qalınlığı 30 m-ə qədər olan əhəngdaşı layı müxtəlif ölçülü qaymalara parçalananarq yamac boyu cənub-şərq istiqamətdə hərəkət etmiş və yamacın aşağı hissəsində sürüşməyə bənzər pilləli qayma axımı əmələ gətirib. Nazirlik bildirir ki, prosesin bu intensivliklə davam etməsi Kiçikdaş dağının aşağı yamacında yerləşən qayaüstü rəsmlər və qədim mağaralar üçün fəsadlar yaradacaq. Bununla əlaqədar Nazirliyin əməkdaşları Qobustan Milli Tarixi-Bədii Qoruğu ərazisində aparılan araşdırmalar nəticəsində aidiyyəti qurumlara tövsiyələr verib. Xatırladaq ki, Kiçikdaş antiklinal tirəsi Eopleystosendə baş vermiş arid-denudasiya prosesləri nəticəsində formalaşıb. Ancaq denudasiya prosesi tam başa çatmamış və ərazidə inversiya relyef formaları yaranmayıb. Bunun nəticəsində vilayətin müasir relyefi tam tektonik quruluşu xarakterizə edir. Ərazinin mikrorelyefinin formalaşmasında struktur-denudasiya prosesləri ilə yanaşı deflyasiya, fiziki-mexaniki aşınma, temperatur dəyişkənliyi və atmosfer yağıntılarının təsiri də mühüm rol oynayıb. Kiçikdaş antiklinal tirəsinin Acıçay-Ələt tektonik qırılmalar zonası ilə mürəkkəbləşmiş geoloji quruluşunda Holosen yaşlı elüvial-delüval, Eopleystosen və Pliosen yaşlı dəniz mənşəli çöküntülər iştirak edir. Geri dön |