Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > "İranda anti Azərbaycan siyasəti rəsmi dövlət səviyyəsinə gətirilir”
"İranda anti Azərbaycan siyasəti rəsmi dövlət səviyyəsinə gətirilir” |
Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri, tanınmış diaspor fəalı Ayhan Dəmirçinin "Vətəninfo.az" müsahibəsi:
- Sizcə, İran rejiminin bu gün yürütdüyü antiazərbaycan siyasəti nə ilə bağlıdır? - İran, bu gün Azərbaycanın müstəqilliyini qəbul etmək istəmir. Biz, bunu dəfələrlə verilən bəyanatlarda da görürük ki, İran siyasi sistemi mahiyyət etibarilə antiazərbaycan, antitürk xətti üzərinə qurulub. Bu, bir reallıqdır ki, rejim bu sistemdən kənara çıxa bilmir. Çıxması da mümkün deyil. Ortada bir reallıq var ki, İranda antiazərbaycan ideologiyası ölkənin daxili və xarici siyasətinə gətirmək istəyirlər. İnanmıram ki, gələcəkdə də bu sistemə düzəliş olunsun. Zəncirvari şəkildə davam edəcək. Hələ İran rejimi bundan sonra da bütün istiqamətlərdə Azərbaycanın zəiflədilməsi və sıradan çıxarılması üçün bütün var gücüylə işləyəcək. Biz, buna hər zaman hazır olmalıyıq. - Onda belə çıxır ki, İranın bu düşmənçiliyi əbədiyyata qədər davam edəcək?... - Hadisələr və proseslər onu göstərir ki, İran rejimi Azərbaycana qarşı kin-küdürəti bir kənara qoya bilmir. Azərbaycanın daxili işlərini qarışır, süni radikal dini təriqətlərini ixrac etmək, mənasız bəyanalar vermək və s. xoşagəlməz məsələlər rəsmi siyasətə çevrilib. Əslində, Azərbaycan müstəqilliyini əldə edəndən sonra İran Azərbaycanın müstəqilliyini qəbul etmədi. Ondan bir il sonra tanımağa məcbur oldu. Amma, buna baxmayaraq, Azərbaycana qarşı münasibət mənfi formada davam etməkdədir. - İranın Ermənistan siyasəti daha çox antiazərbaycanla bağlıdır, yoxsa regional siyasətinin tərkib hissəsidir? - Gəlin etiraf edək ki, İran Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunmasında maraqlı deyil. Əgər, Qarabağ münaqişəsi həll olunsa, Azərbaycan imkanları daha da artacaq. Bu isə o deməkdir ki, Azərbaycanın güclənməsi və təsir imkanlarının artması Güney Azərbayan məsələsinə böyük mənada təsir edə bilər. Hazırda Azərbaycanın bölgədə təsir imkanları artmaqdadır. Üstəlik, Türk dünyasının birliyi istiqamətində işlər gedir. İran yaxınlığında türk dünyasının yaranmasından narahatdır. Bu,İranı hədsiz dərəcədə narahat edir. Ona görə, İrana Ermənistan lazımdır. Çünki İrəvan Azərbaycan və Türkiyə qarşı düşmənçilik siyasəti tutub və belə olan halda İran nə üçün də Ermənistan faktorundan yararlanmasın? Məsələləri analiz edərkən bəlli olur ki, İranın Cənubi Qafqaz siyasətində Ermənistan mühüm əhəmiyyət kəsb edir və nə qədər ki, hər iki dövlətdə antitürk siyasəti davam etdirilir hər iki dövlətin maraqları üst-üstə düşəcək. Elnur Eltürk Geri dön |