Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Beynəlxalq orqanların qərarlarından Azərbaycan yayınmaqmı istəyir?
Beynəlxalq orqanların qərarlarından Azərbaycan yayınmaqmı istəyir? |
Hüquq və azadlıqların müdafiəsi üzrə qərarların Azərbaycan tərəfindən icrasına dair qanun layihəsi hazırlanıb. Layihədə Azərbaycanın insan hüquq və azadlıqlarının müdafiəsi üzrə üzv olduğu dövlətlərarası orqanların qərarlarının icra edilməsinin mümkün olub-olmamasına baxılması məsələsi əksini tapıb.
Azərbaycan insan hüquq və azadlıqlarının müdafiəsi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, Avropa Şurası, BMT və digər bir neçə təşkilatın üzvüdür. Bu yeni qanun nəyə xidmət edir? Avropa məhkəməsinin qərarlarının qarşısını almağamı? Belə bir qanuna Azərbaycanın qoşulduğu konvensiyalar imkan verirmi? Milli Məclisin deputatı Fərəc Quliyev deyir ki, Azərbaycan beynəlxalq konvensiyaları qəbul edib və Azərbaycan qanunvericiliyi ilə həmin konvensiyalar arasında uyğunlaşma yaratmaq üçün bəzi dəyişikliklər etməyin lazım olduğunu bildirir. Onun sözlərinə görə bu qanun layihəsi beynəlxalq təşkilatların qarşısındakı öhdəliklərdən yayınmaq məqsədi daşımır. Geri dön |