Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qarabağa görə siyasətə gələnlər uğur qazandılarmı...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Müsahibə, Özəl xəbər, Fərəc Quliyev > Qarabağa görə siyasətə gələnlər uğur qazandılarmı...

Qarabağa görə siyasətə gələnlər uğur qazandılarmı...


Fərəc Quliyev: “Uğurlarımız da az deyil”

Üzümüzə gələn ay Dağlıq Qarabağın işğalına yönəlik proseslərin başlamasından 29 il ötəcək. Məhz bu hadisələrin təsiri ilə Azərbaycanda milli azadlıq hərəkatı daha da dərinləşib və nəticədə hərəkatın içərisindən bir sıra siyasətçilər meydana çıxıb.

Həmin siyasətçilər müəyyən zaman kəsiyində iqtidarda da olublar, sonradan ölkənin müxalif düşərgəsinin əsas simalarına çevriliblər. Hazırda onların əksəriyyəti demokratik düşərgənin öndə olan nümayəndələridir. Onların içərisində ötənlərdə və indinin özündə də deputat olanlar var.

Belə siyasətçilərin uğurlu siyasətçilər olduqlarını da demək bir qədər çətindir. Məsələn, Dağlıq Qarabağ probleminin başlanması ilə parlayan bu şəxslər zamanın axarında öz məqsədlərini həyata keçirə bilmədilər. 1992-93-cü illərdə cəmi bir il hakimiyyətdə qaldılar və bu şansı dəyərləndirə bilmədilər. Bundan əlavə, bir problemə etiraz edərək siyasətə gəldilər, amma Dağlıq Qarabağın işğalının qarşısını almağa nail olmadılar. Eyni zamanda, 23 ildir müxalifətdirlər, nəinki hakimiyyətə gəlmək şansları var, hətta bu şansı çoxdan itiriblər. Lakin həmin siyasətçilər uğursuz olduqlarını heç bir vəchlə qəbul etmirlər.

Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Azərbaycan Xalq Cəbhəsinin idarə heyətinin sabiq sədri, deputat Fərəc Quliyev deyilən fikirlərlə razılaşmır: “Bizim savaşdığımız Ermənistan deyildi, Rusiya idi. İndinin özündə də elədir. Qarabağ məsələsini o zaman onlar yaratdı, indi də idarə edirlər. Bu gün də Rusiya regionda mövqelərini saxlamaq üçün bizim bu ərazidən istifadə edir. Qarabağ probleminin başlanmasına qədər də siyasətə gələnlər var idi. 80-ci illərin əvvəllərində bir çox dərnəklər var idi, sizin dediyiniz siyasətçilərin bir çox artıq siyasətlə məşğul olurdular. Bütöv Azərbaycan sevdası ilə fəaliyyətə başlamışdıq, eyni zamanda, Azərbaycanın müstəqillik savaşı aparırdıq. Həmin vaxt Qarabağ probleminin ortaya atılması bu məqsədlərimizə çatmaq üçün yaradılan süni əngəllər idi. Onu demək istəyirəm ki, siyasətçilər təkcə bu problemə görə meydana çıxmadılar. Həmin münaqişənin başlanmasından sonra çoxsaylı siyasətçilər siyasətə gəliblər. Həmin vaxt siyasətə gələn yoldaşlarımın əksəriyyəti təmənnalı deyildilər, bizim üçün hakimiyyət olmaq hədəfi yox idi. Sadəcə hakimiyyət olmaq bizim üçün vasitə idi. Marağımız o idi ki, həmin vasitədən istifadə edib, hədəflərə çataq. Onların bəziləri sonradan hakimiyyəti hədəf götürdülər. Bu baxımdan istədiyimiz nəticəni almadıq, amma uğurlarımız da az deyil. Özümü də o sıraya aid edirəm ki, nə qədər Azərbaycanın milli mənafeyinə uyğun nəticə əldə etməmişik, ciddi uğurdan danışa bilmərik”.

Cavanşir ABBASLI

Geri dön