Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Azərbaycanın voleybol klubları Çempionlar Liqasında fərqli nəticələr göstərib
Azərbaycanın voleybol klubları Çempionlar Liqasında fərqli nəticələr göstərib |
Azərbaycanın voleybolçu qadınlardan ibarət "Azərreyl" və "Telekom" klubları Çempionlar Liqasında növbəti oyunlarını keçiriblər.
C qrupunda yer alan "dəmiryolçular" IV tur çərçivəsində Fransada "Sent-Rafael" komandası ilə qarşılaşıblar. Frejus şəhərindəki Voleybol Mərkəzində keçirilmiş görüş "Azərreyl"in qələbəsi ilə yekunlaşıb - 3:1. Meydan sahibləri yalnız üçüncü seti üstün tamamlaya biliblər. Qrupun digər oyununda Türkiyə "Fənərbağça"sı Polşada "Dombrova Qurniça"nı eyni hesabla üstələyib. Beləliklə, qrupa 3 oyuna 9 xal yığan "Fənərbağça" başçılıq edir. "Azərreyl" 6 xalla 2-ci, "Dombrova Qurniça" 3 xalla 3-cü, hələ xalı olmayan "Sent-Rafael" 4-cü pillədədir. A qrupunda çıxış edən "rabitəçilər" isə III tur qarşılaşmasında İtaliyanın Modena şəhərində eyniadlı komandanın qonağı olub. İlk 2 görüşdə olduğu kimi, "Telekom" məğlubiyyətlə üzləşib - 0:3. Qrupun digər oyununda İtaliyanın başqa bir təmsilçisi "İmoko" Polşada "Ximik"ə çətinliklə qalib gəlib - 3:2. 3 turdan sonra "Modena" 8 xalla 1-ci, "İmoko" 6 xalla 2-ci, "Ximik" 4 xalla 3-cüdür. Aktivində xal olmayan "Telekom" isə qrup sonuncusudur. Turun növbəti oyunları fevralın 8-də keçiriləcək. Çempionlar Liqası, III tur A qrupu 23:30. "Modena" (İtaliya) - "Telekom" (Azərbaycan) - 3:0 (25:20, 25:16, 26:24) Hakimlər: İqor Şimpl (Slovakiya), Ancelko Popoviç (Serbiya) IV tur C qrupu 23:30. "Sent-Rafael" (Fransa) - "Azərreyl" (Azərbaycan) - 1:2 (16:25, 21:25, 25:18, 25:20) Hakimlər: Karole Hepp (Lüksemburq), Pasi Hakkaraynen (Finlandiya) Geri dön |