Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "200-ə yaxın köçkün Cəbrayıla qayıdır" - AÇIQLAMA
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Hərb, Özəl xəbər, Fərəc Quliyev > "200-ə yaxın köçkün Cəbrayıla qayıdır" - AÇIQLAMA

"200-ə yaxın köçkün Cəbrayıla qayıdır" - AÇIQLAMA


"Cocuq Mərcanlıya qayıtmaq üçün 200-ə yaxın sakin ərizə ilə müraciət edib”.

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısının Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xanlar Zeynalov Toplum Tv-yə açıqlamasında belə deyib.

Kənd icra nümayəndəsi bildirir ki, doğma torpaqlarına qayıdacaqlarını eşidən sakinlər bu xəbəri sevinclə qarşılayıblar: "Cocuq Mərcanlı 23 avqust 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal olunub. 2016-cı il aprelin birindən ikisinə keçən gecə silahlı qüvvələrimiz tərəfindən Lələtəpə yüksəkliyi erməni işğalından azad olundu. Bu düzənlik işğaldan azad olunduqdan sonra prezidentin bu sərəncamı müsbət qarşılandı. Nümayəndəliyə müraciət edən vətəndaşların sayı xeyli artır. Cocuq Mərcanlıya qayıtmaq üçün 200-ə yaxın köçkün ərizə yazıb. Öz torpaqlarımıza qayıdacağımız bizi sevindirir. Ümid edirik ki, bütün ərazilər işğaldan azad olunacaq”.
Elxan Mehdiyev: "Bu Azərbaycan dövlətinin qətiyyətidir”

Konfliktoloq Elxan Mehdiyev isə Toplum.Tv-yə açıqlamasında deyib ki, Cocuq Mərcanlı kəndinin bərpası üçün ayrılan 4 milyon manat həm çox simvolik məna daşıyır, həm də Azərbaycan dövlətinin bu işdə qətiyyətini ifadə eləyir: "Cocuq Mərcanlının sakinləri kimi biz də işğal olunmuş ərazilərin azad edilməsini və o ərazilərdən köçkün düşən insanların öz torpaqlarına ger qayıtmasını istəyirik. Cocuq Mərcanlı kəndinin bərpası üçün ayrılan 4 milyon manat həm çox simvolik məna daşıyır, həm də Azərbaycan dövlətinin bu işdə qətiyyətini ifadə eləyir. Təbii ki, işğal olunmuş ərazilər azad olunduqca onlar ən yüksək səviyyədə bərpa olunacaq. Ümid edirəm ki, işğal olunmuş ərazilərimiz geri qaytarılacaq və köçkünlər öz doğma torpaqlarına geri qayıdacaq”.

Fərəc Quliyev: "İnsanlar müvəqqəti olaraq köçkündürlər...”

Deputat Fərəc Quliyev isə bildirib ki, işğal olunmuş ərazilər geri qaytarıldıqda Azərbaycanın onları bərpa etmək üçün iqtisadi imkanı var: "Biz itirilmiş ərazilərimizdən müvəqqəti olaraq çıxmışdıq. Təbii ki, Azərbaycan bütün işğal olunmuş torpaqları azad edəcək və həmin torpaqlar bərpa ediləcək. Bu, bizim savaş davam eləyərkən belə bərpa işlərini görməyə imkanımızın olduğunu düşmən tərəfə gösərir. Bundan əlavə, Azərbaycan cəmiyyəti də bilməlidir ki, insanlar müvəqqəti olaraq köçkündürlər və onlar daimi yaşayış yerlərinə köçürüləcəklər. Əlbəttə, indi bizə mane olan Rusiya birmənalı şəkildə Ermənistana dəstək verir və işğalçı ordu hələ də ordan çıxmayıb. Amma işğalçı ordu oradan çıxandan sonra bizim bütün işğal olunmuş ərazilərimizi bərpa etməyə iqtisadi vəziyyətimiz var. Əgər düşmən tərəf könüllü olaraq torpaqlarımızı tərk etməsələr, biz hərbi yolla torpaqlarımız azad edəcəyik və Ermənistan Azərbaycana verməli olduğu 140 milyard dollarlıq təzminatı verəcək. Prezidentin atdığı bu addım onu göstərir ki, biz həm müharibəyə hazırlaşırıq, həm ölkənin iqtisadiyyatını inkişaf elətdirmək yolundayıq, həm də köçkünlərimizin yenidən öz torpaqlarına qayıtmasını təmin edirik. Digər işğal olunmuş torpaqlarımız azad olunandan sonra həmin torpaqlarda da bərpa işləri görüləcək”.

Prezident İlham Əliyev "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

Sənəddə bildirilir ki, tən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olub. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb.

Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.

Geri dön