Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Rusiya-Ermənistan münasibətləri Azərbaycana necə təsir edəcək? - Deputatlardan ŞƏRH
Rusiya-Ermənistan münasibətləri Azərbaycana necə təsir edəcək? - Deputatlardan ŞƏRH |
Rusiya vətəndaşları Ermənistana, Ermənistan vətəndaşları isə Rusiyaya daxil pasportla səfər edə biləcəklər.
ANN.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev deyib. Baş nazir bildirib ki, Moskva ilə İrəvan arasında imzalanan bu sənəd hər iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək. Rusiya ilə Ermənistan arasında əlaqələrin daha da sıxlaşması Azərbaycan-Rusiya əlaqələrinə necə təsir edəcək? "Qarabağ məsələsində bütün beynəlxalq təşkilatlar müəyyən qədər Azərbaycan və Rusiya arasında vasitəçi rolu oynasalar, daha səmərəli olardı” – Asim Mollazadə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ANN.Az-a açıqlamasında Ermənistanın tam şəkildə Rusiya tərəfindən özəlləşdiyini deyib: "Ermənistanın bütün iqtisadiyyatı, strateji sahələri, hərbi qüvvələri artıq Rusiya hərbi qüvvələrinin tərkib hissəsidir. Daxili pasportlarla səyahətlər onu göstərir ki, artıq Ermənistan Rusiyanın bir əyalətinə çevrilib. Ona görə də, biz hər zaman bu amili nəzərə almalıyıq ki, Ermənistan müstəqil dövlət kimi mövcud deyil və o bir əyalətdir. Rusiyanın hərbi qüvvələrinin yerləşdiyi bir bazadır”. "Azərbaycanın Rusiya ilə münasibətləri normal vəziyyətdədir və belə də davam edəcək. Azərbaycan qonşuluq və tərəfdaşlıq münasibətlərini qurulmasında maraqlıdır və bu istiqamətdə bütün zəruri addımları atıb. Azərbaycan Rusiya ilə mədəni, iqtisadi, təhsillə bağlı humanitar və digər sahələrdə bu əməkdaşlığı daha da gücləndirməyə çalışır. Biz qonşuluq və tərəfdaşlıq siyasətinin tərəfdarıyıq”, - deyə A.Mollazadə əlavə edib. Deputatın sözlərinə görə, Qarabağ məsələsində bütün beynəlxalq təşkilatlar müəyyən qədər Azərbaycan və Rusiya arasında vasitəçi rolu oynasalar, daha səmərəli olardı: "Çünki Ermənistan artıq o münaqişənin həlli ilə bağlı heç bir qərar qəbul etməyə qadir deyil. Ermənistan müstəqilliyini itirmiş bir ərazidir. Söhbət Rusiya-Ermənistan sıxlığından getmir. Burada söhbət ümumiyyətlə, Ermənistanın müstəqil bir ölkə kimi mövcud olmamağından gedir”. "Faktlar artıq açıq şəkildə göstərir ki, Rusiyanın maskası düşüb” – Fərəc Quliyev Məsələyə münasibət bildirən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyevin sözlərinə görə, Ermənistan Rusiyanın bir əyalətidir: "Bütün olanlar da onu göstərir ki, Ermənistanın xarici, hərbi, iqtisadi siyasəti bir mənalı şəkildə Rusiyadan formalaşdırılır. Rusiyadan icazəsiz heç bir müstəqil qərar qəbul etmirlər. Rusiya və Ermənistanın birgə ordu yaratmaq istəyi də onu göstərir ki, bu məsələ onsuz da, çoxdan tək tərəfliliyini itirib. ATƏT-in Minsk qrupunda ola-ola belə bir qərarın qəbul edilməsi də işin mahiyyətini daha aydın şəkildə göstərir. Ermənistana investisiya qoyulması və ya hər iki ölkə vətəndaşlarının daxili pasportdan istifadə etməsi məsələlələrini də onların daxili işləri kimi qiymətləndirirəm. Hesab edirəm ki, bu, daha çox Rusiyanın istəyinə uyğun bir məsələdir. Artıq açıq şəkildə faktlar göstərir ki, Rusiyanın maskası düşüb. Amma təbii ki, Rusiya birtərəfli qaydada Ermənistana dəstək verəcəksə, əlbəttə bizim Rusiya ilə münasibətlərimizə kölgə düşəcək. Çünki biz bərabərtərəfli əməkdaşlıqda maraqlıyıq. Həmişə Rusiya üçün səmərəli təkliflərlə çıxış etmişik, münasibətlərimizdə səmimi olmuşuq. 3 milyona qədər vətəndaşımız Rusiyada çalışır, həmçinin onlara da xeyir verir. Rusiya belə davranarsa, təbii ki, münasibətlərə kölgə düşəcək. Biz gec-tez Qarabağ torpaqlarını işğaldan azad edəcəyik. Əgər hərbi yolla azad edəcəyiksə, Ermənistanın arxasında kim dayancaqsa, onlarla da mübarizəmizi davam etdirib istənilən düşmənlə üzbəüz qalıb, torpaqlarımızı işğaldan azad edəcəyik. Yəni bu o demək deyil ki, böyük dövlətin qoltuğunun altına sığınıb, kimsə bizim torpaqları işğal altında saxlaya bilər”. "Azərbaycan qərbə üz tutsa belə, Rusiya bizə heç bir təzyiq göstərə bilməyəcək. İndiyə kimi, nə lazımdısa ediblər. Rusiya Azərbaycanın qərbində onlar üçün bir Ermənistan düzəldib verib. Sonrakı dönəmdə Zəngəzuru qatıb Ermənistana. İndi də Qarabağı işğal edib, Ermənistan adlı "dövlət”in ordusunu orada yerləşdirib. Faktiki olaraq, bütün bunları edən Rusiyadır. Bundan artıq Rusiya bizə nə edəcək? Biz təbii ki, özümüzə mütəffiq seçərkən seçimimizdə ciddi şəkildə düşünməliyik. Rusiya açıq şəkildə mövqeyini ortaya qoymalıdır. Biz də buna uyğun olaraq öz istiqamətimizi müəyyən etməliyik”, - deyə deputat əlavə edib. Millət vəkili əlavə edib ki, Qarabağ münaqişəsini yaradanın özü də Rusiyadır: "Bu münaqişəni donmuş vəziyyətdə də saxlayan Rusiyadır. İndiki manevrlərin olması ona hesablanıb ki, bütün dünyada mövqeləri zəifləyəndən sonra Rusiya, Cənubi Qafqazda özünə Ermənistan adlı plaforma yaradıb. Qarabağı da özləri üçün müdafiə kimi saxlamaq istəyir. Ona görə, münaqişənin dondurulmuş səviyyədə saxlamaq onlara sərf edir. Bu səbəbdən də, münaqişənin həlli hələ də sual altındadır. Bu gedişatla da indiki status-kvonun saxlanılması Rusiyaya xidmət edir”. "Ermənistan bu gün Rusiya üçün ağır bir yükdür” – Aydın Mirzəzadə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Rusiya və Ermənistan arasında qurulan bu əlaqələrin onların öz daxili işi olması ilə əlaqələndirib: "Necə hərəkət edəcəklər, hansı işləri görəcəklər, daha nələri ümumi hala gətirəcəklərsə, bu məsələ qətiyyən Azərbaycanı narahat etmir. Onsuz da, Ermənistan özünü müstəqil dövlət kimi tanıda bilmir. Min ildən sonra təsadüfən müstəqillik qazanan erməni xalqı "müstəqil”liyini müsair dövrün tələblərinə uyğun qura bilmədi. Hətta bir çox politoloqlar Ermənistanın çox da uzaq olmayan dövrdə dünya xəritəsindən silənəcəyi qənaətinə gəliblər. Ermənistanın Rusiyaya inteqrasiyasının Azərbaycana hansısa təsirlərinin olacağı barədə fikirlərlə bağlı demək istərdim ki, burada hər hansısa bir təsirdən söhbər gedə bilməz. Ermənistanın nə iqtisadi, nə də siyasi potensialı elə böyük deyil ki, onlar Rusiyaya inteqrasiya etməklə, rusları daha da gücləndirsin. Əslində, Ermənistan bu gün Rusiya üçün ağır bir yükdür. Ermənistana kredit vermək, onların bütün işlərini bu günə qədər həll etmək Rusiya üçün müəyyən qədər yükdür. Artıq Rusiya bununla sadəcə olaraq razılaşıb”. Ermənistan və Rusiyanın birgə investisiya fondu yaratmaq məsələsinə münasibət bildirən deputat deyib ki, bunun üçün Ermənistanın heç bir iqtisadi potensialı yoxdur: "Ermənistanın hansı iqtisadi potensialı var ki, Rusiyaya investisiya qoysun? Söhbət ondan gedir ki, Rusiya Ermənistana müəyyən qədər yatırımlar etməklə, Ermənistandan əhalinin köçməsinin qarşısını almaq istəyir. Çünki Ermənistan əhalisi durmadan ölkəni tərk edir. Ölkədə baş verən işsizlik, aclıq insanların ölkəni tərk etməsini daha da sürətləndirir. O ki qaldı Ermənistanın Rusiyaya inteqrasiya etməsindən sonra Azərbaycan hansı addımlar atacaq, Azərbaycan Rusiya üçün çox önəmli tərəfdaşdır”, - deyə A.Mirzəzadə əlavə edib. Orxan Aslanlı Geri dön |