Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Kazım Qarabəkir Paşanın İrəvan əsgəri komandanlığına - TARİXİ MƏKTUB
Kazım Qarabəkir Paşanın İrəvan əsgəri komandanlığına - TARİXİ MƏKTUB |
XIX əsrin sonlarında və XX əsrin əvvəllərinə olan tarixlərdə ermənilərin türk və müsəlman əhaliyə qarşı etdikləri vəhşiliklər və qırğınlar barədə yetərincə yazılıb. Bütün bu yazılanlar da rəsmi sənədlərlə isbata yetirilmiş arxiv materiallarından ibarətdir. Bu dəfə təqdim edəcəyimiz məktub da bu qəbildən olan sənədlərdən biridir. Prof. Fazil Qaraoğlunun “Ermənilər və həqiqətlər rəsmi sənədlərlə” kitabından əldə etdiyimiz həmin məktubu 15-ci artilleriya komandanı general Kazım Qarabəkir Paşa İrəvan erməni komandanlığına ünvanlayıb.
"Erməni hökuməti içərisində qalan müsəlman əhaliyə qarşı əvvəldən bəri törədilən qətliam və zülm çox doğru məlumatlarla sənədləşdirilmiş və bu zülmün ermənilər tərəfindən törədildiyi Ərzurumdakı İngilis təmsilçisi podpolkovnik Mister Ravlinsonun anlatması və şahidliyilə gerçəkləşmişdir. Ayrıca, ailəsini, uşağını, malını-mülkünü itirərək ac və pərişan halda bizə sığınan minlərcə Qars və İrəvandan qaçan köçəriləri amerikalı general Harbordun heyəti 1919-cu il sentyabr ayının sonlarında görmüş və bu zülmün şahidi olmuşdur. Topla, tüfənglə təmin edilmiş birlikləriniz xalqımızın gözləri qarşısında (Şərqi Bəyazit, Eleşgird, Pasinlərdəki sərhədlərimizə yaxın) bir çox müsəlman kəndlərini yaxıb yandırmışlar. Belə davranışlara son veriləcəyi umulurkən, təəssüflər olsun ki, 1920-ci il fevral ayının başından bəri Sürəgəl, Ağbaba, Zərşat və Çıldır başda olmaqla, müsəlmanlara qarşı törədilən zülm daha da artırılmışdır. Bu bölgələrdə olan bir çox müsəlman kəndinin yaxılıb-yandırıldığı və minlərcə müsəlmanın öldürüldüyü, əşya və heyvanlarının qarət edildiyi, gənc müsəlman qadınların Qarsa və Gümrüyə aparıldığı, bu kəndlərdən qaçan yüzlərcə qadın və uşaqların dağlarda donaraq öldükləri, müsəlmanların mallarına, namuslarına təcavüzün hələ də davam etməkdə olduğu xəbər alınmaqdadır. Din qardaşlarına qarşı törədilən bu alçaqlıq və faciələri eşidən bütün müsəlmanlar idarəniz altındakı yerlərdə əqrəba və yaxınları olan ordu əsgərləri və tayfalar cəmiyyəti qeyri-adi şəkildə coşub-daşmağa başlamışlar. Hələ son günlərdə komandanlarınız və məmurlarınızın imzalarıyla sərhəd yanlarında ora-bura atılan və göndərilən: “Kürdlər ilə ermənilərin anlaşdıqlarına və ayrıca bir Kürdüstan hökuməti qurulduğuna, Van, Bitlis, Ərzurum və Trabzonun ermənilərə verildiyinə” dair uydurma xəbərlərlə bütün müsəlmanlar arasına bölücülük soxmaq məzmununda olan bildirilər, Şərif paşa kimi vicdanını düşmən pullarına satmış olan Vətən xaini kəslərin heç bir vəkalət haqqının olmadığı və bunların kürdlər adından danışma haqlarının olmadığı, kürdlərin Osmanlı birliklərindən heç bir şəkildə ayrılmayacaqları bütün kürdlər tərəfindən hər yana və ittifaq hökumətlərinə teleqraf və protokollarla bildirilmiş, Şərif paşa ilə bənzərləri böyük qəzəb, nifrət və lənətlə qarşılanmış və bütün bu hallar var olan coşqunluq və həyəcanı artırmışdır. Ermənilərin Qars və İrəvan şəhərlərində törətdikləri zülmə görə müsəlmanlar arasında ortaya çıxan coşqunluq həyəcanını yatışdırmağa və xalqı sakit olmağa çağırırıqsa da, həyəcanın keçməsi və xalqın inanması üçün zülm və qətliama son verilməsi, müsəlmanlardan alınan hər bir şeyin geri qaytarılıb zərərlərinin ödənməsi və müsəlmanların namus, can, mal və hər cür haqlarının qorunması erməni hökumətinin üzərinə düşən bir vəzifədir. 15-ci artilleriya komandanı general-mayor Kazım Qarabəkir Ərzurum, 21.03.1920". Təqdim etdi: Rəşad Sahil Geri dön |