Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Müstəqilliyini dünyaya sırımaq istəyən Ermənistanda suverenlik diskussiyaları qızışır
Müstəqilliyini dünyaya sırımaq istəyən Ermənistanda suverenlik diskussiyaları qızışır |
Fərəc Quliyev: "Bütün olanlar onu göstərir ki, Ermənistanın xarici, hərbi, iqtisadi siyasəti birmənalı şəkildə Rusiyadan formalaşdırılır"
"... daha çox Rusiyanın istəyinə uyğun bir məsələ kimi dəyərləndirirəm" Ermənistan mətbuatı baş nazir Karapetyanın Moskvaya etdiyi səfər çərçivəsində rusiyalı həmkarı Medvedyevlə əldə olunan razılaşmaları çox dramatik şəkildə şərh edib. Hətta iddia olunur ki, həmin razılaşmalara görə Ermənistanın suverenliyi təhlükə altına düşüb. "Lragir.am" saytında dərc edilən məqalədən bir hissəni təqdim edirik: "İrəvan Rusiya vətəndaşlarına Ermənistanı daxili pasportlarla ziyarət etməyə izn verib. Lakin bunun qarşılığında Ermənistan baş nazirinin investisiya fondu yaratmaq haqqında təklifinə cavab olaraq Medvedyev, sadəcə, bu fondun tədqiq edilməsinə razılıq verib. Bununla Rusiyaya hazırda Ermənistanın suverenliyinin daha bir hissəsini (pasport məkanının birləşdirilməsi) absorbsiya etmək üçün sərfəli zaman yaranıb. Hava hücumundan müdafiəni birləşdirdik, birləşmiş qoşun qrupları yaratdıq, indi isə növbə sakitcə Ermənistanın pasport-nəzarət sistemini Rusiyaya qoşmaqdır. Növbəti addım yəqin ki, Ermənistan və Rusiya vətəndaşlığının birləşdirilməsi olacaq. Necə bəyəm? Əsrlərin dostluğu icazə verir. Lənətə gəlsin 25 illik müstəqilliyi. Faktiki olaraq erməni baş nazirin səfəri 1:0 Rusiyanın xeyrinə başa çatdı". Ermənistanın suverenliyinin tam əlindən alınması ilə bağlı İrəvanda baş qaldıran narazılıqları və diskussiyaları necə şərh etmək olar? Millət vəkili Fərəc Quliyev hesab edir ki, Ermənistanın faktiki olaraq Rusiyanın bir əyalətinə çevrilməsi çoxdan bəllidir: "Bütün olanlar da onu göstərir ki, Ermənistanın xarici, hərbi, iqtisadi siyasəti birmənalı şəkildə Rusiyadan formalaşdırılır. Rusiyadan icazəsiz heç bir müstəqil qərar qəbul etmirlər. Rusiya və Ermənistanın birgə ordu yaratmaq istəyi də onu göstərir ki, bu məsələ onsuz da çoxdan tək tərəfliliyini itirib. Ermənistana investisiya qoyulması və ya hər iki ölkə vətəndaşlarının daxili pasportdan istifadə etməsi məsələlərini daha çox Rusiyanın istəyinə uyğun bir məsələ kimi dəyərləndirirəm. Artıq açıq şəkildə faktlar göstərir ki, Rusiyanın maskası düşüb. Amma təbii ki, Rusiya birtərəfli qaydada Ermənistana dəstək verəcəksə, əlbəttə, bizim Rusiya ilə münasibətlərimizə kölgə düşəcək. Çünki biz bərabərtərəfli əməkdaşlıqda maraqlıyıq. Həmişə Rusiya üçün səmərəli təkliflərlə çıxış etmişik, münasibətlərimizdə səmimi olmuşuq. 3 milyona qədər vətəndaşımız Rusiyada çalışır, həmçinin, onlara da xeyir verir. Rusiya belə davranarsa, təbii ki, münasibətlərə kölgə düşəcək. Biz, gec-tez, Qarabağ torpaqlarını işğaldan azad edəcəyik. Hərbi yolla azad edəcəyiksə, Ermənistanın arxasında kim dayancaqsa, onlarla da mübarizəmizi davam etdirib, istənilən düşmənlə üzbəüz qalıb torpaqlarımızı işğaldan azad edəcəyik. Yəni bu o demək deyil ki, böyük dövlətin qoltuğunun altına sığınıb kimsə bizim torpaqları işğal altında saxlaya bilər". Məhəmmədəli QƏRİBLİ Geri dön |