Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > KXCP təşəbbüsü ilə «Güney Azərbaycanın bu günki reallıqları və perspektivləri mövzusunda» dəyirmi masa təşkil olundu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Güney Azərbaycan-Təbriz > KXCP təşəbbüsü ilə «Güney Azərbaycanın bu günki reallıqları və perspektivləri mövzusunda» dəyirmi masa təşkil olundu

KXCP təşəbbüsü ilə «Güney Azərbaycanın bu günki reallıqları və perspektivləri mövzusunda» dəyirmi masa təşkil olundu


Aydın Mədətoğlu: «Güney Azərbaycan Milli Hərəkatının əsas məqsədi müstəqil, demokratik Güney Azərbaycan dövlətini yaratmaqdır»
Əlirza Amanbəyli:İrana hərbi müdaxilə olarsa 3 milyona yaxın güney Azərbaycan Türkünün yeganə sığınacaqi ərazilər Qarabağ olacaq.

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) təşəbbüsü ilə «Güney Azərbaycanın bu günki reallıqları və perspektivləri mövzusunda» dəyirmi masa təşkil olundu.
Tədbiri giriş sözü ilə açan KXCP sədri Mirmahmud Mirəlioğlu Bütöv Azərbaycan uğrunda mübarizə aparan igidlərə uğurlar arzuladı.
Sonra isə mövzu ilə bağlı KXCP üzvü, araşdırmaçı Aydın Mədətoğlu çıxış etdi. Aydın bəy bildirdi ki, İranın XX əsr siyasi tarixinin önəmli hissəsi Güney Azərbaycanın azadlıq mübarizəsindən ibarətdir. Bu mübarizə ilk olaraq 1905-ci ildə başlayıb. Məşrutə hərəkatı nəticəsində İranda konstitusiyalı monarxiya yarandı. Məşrutə hərəkatı nəticəsində Azərbaycan türkləri üçün məktəb açıldı, mətbuat işıq üzü gördü. Azərbaycan türklərinin siyasi kimliyi ortaya çıxdı. Milli Əncüman fəaliyyətə başladı. Ümumiyyətlə, Güney Azərbaycan idarəetmədə mühüm rol oynamağa başladı. Amma Çar Rusiyası ilə İngiltərənin fəaliyyəti nəticəsində Məşrutə Hərəkatına son qoyuldu, Səttarxan sui-qəsdə məruz qaldı. Hərəkatın məğlubiyyətinin bir çox səbəbləri var. Amma başlıca səbəb odur ki, ölkənin imperalist dairələrin təsirindən çıxmaq təhlükəsi bürüdüyündən xarici qüvvələr milli hərəkatın yatırılmasına ciddi cəhdlə girişdilər. Məğlubiyyətdən sonra İranda anarxiya başladı.
Çıxışçı bildirdi ki, Azərbaycan türklərinin mübarizə əzmi qırılmadı. Çünki 1920-ci ildə Şeyx Məhəmməd Xiyabaninin demokratik hərəkatı start götürdü. Onun rəhbərliyi altında qurulan Azadistan hökuməti 6 ay ərzində bir çox sahələr üzrə islahatlar həyata keçirdi. Azərbaycançılıq ideyasını ön plana keçirdi. Lakin bu hərəkatın məhvində də əsasən daxili və xarici qüvvələr iştirak etmişdi. Məğlubiyyətin səbəbləri arasında milli burjuaziyanın zəif olması faktı da öz sözünü dedi. Eyni zamanda hərəkat daxilində birliyin olmaması, reformistlərin Tehran hakimiyyətilə razılaşması, kəndlilərin hərəkatdın uzaqlaşmasına stimul verən torpaq məsələsinin həll edilməməsi, güclü ordunun yaradılmasına etinasız yanaşmalar hərəkatın süqutuna səbəb oldu. Digər tərəfdən o zaman baş verən digər hərəkatlarla davamlı iş birliyinin olmaması, təşviqat işlərinin zəifliyi də məğlubiyyətdə pay sahibi oldu». Aydın Mədətoğlu dedi ki, Güney Azərbaycanda baş qaldıran milli hərəkatın sonrakı dövrü isə İkinci Dünya müharibəsindən sonrakı dövrü əhatə edir: «1945-ci ilin dekabrın 12-də 21 Azər hərəkatı yarandı. Bu hərəkat əvvəlkilərindən fərqi olaraq daha milli idi və siyasi hədəflərə çatmışdı. Milli Hökumət qurulmuşdu. Lakin sovet hakimiyyətinin təzyiqilə Milli hökumət bir çox tarixi Azərbaycan torpaqlarını, Qəzvin, Həmədan, Zəncan və digərlərini mərkəzi hökumətə güzəştə getdi. Bununla belə Seyid Cəfər Pişəvərinin başçılığı altında Milli Hökumət büdcənin 75 faizinin Güney Azərbaycanda qalmasına nail oldu. Bu dövrdə könüllü fədai dəstələri yaradıldı, milli qəzet və jurnallar nəşrə başladı. Lakin Stalinlə Mikoyanın xəyanəti, ABŞ və İngiltərənin şah rejiminə yardımı ilə hərəkat süqut etdi. Repressiyalar zamanı 25 min insan edam edildi, 100 min nəfər sürgünə məruz qaldı. 21 Azər Hərəkatının məğlubiyyənin səbəbləri arasında ABŞ və İngiltərənin prosesə qoşularaq burada öz maraqlarını həyata keçirmələri mühüm yer tutur. Ona görə də onlar şah rejiminə hərtərəfli hərbi və digər yardımları edirdi. Bundan başqa sovet rejimi milli hökumətə inanmırdı, ona görə də sona qədər ona dəstək vermədi. Eyni zamanda xalq hərəkatı vahid cəbhədə birləşə bilmədi. Seyid Cəfər Pişəvərinin Təbrizdən uzaqlaşdırılması da məğlubiyyətə gətirib çıxardı. Bu hadisələrdən sonra İranda Azərbaycan türklərinə məğlub kimi baxıblar. Amma güneyli soydaşlarımızın azadlıq eşqi sönməmişdi.
Məruzəçi güneyli soydaşlarımızın 1979-cu il hadisələrindən də yararlana bilmədiyini diqqətə çatdırdı: «1979-cu ilin fevralın 16-da şah rejiminə son qoyulsa da Azərbaycan türkləri mövcud şəraitə uyğun fəaliyyət proqramı həyata keçirə bilməmiş, nəticədə inqilaba dini don geyindirilib. Bu illərdə Güney Azərbaycanın muxtar respublika olmasına çalışılıb. Amma referendumun nəticələri təhrif olunduğundan məsələ öz həllini tapmayıb. Bununla bağlı olaraq 1979-cu ilin dekabrında Təbrizdə üsyan baş qaldırsa da, zor gücünə yatırıldı, qan içində boğuldu. Bu hərəkatın uğur qazanmamasında onun konkret proqramının olmaması, hərəkatın əsasında dayanan Müsəlman Xalq Partyasının daxilində kəskin fərqlərin olması, sağ və sol qollara bölünməsi, təşəbbüsün farslara verilməsi, dinc mübarizə metodlarına üstünlük verilməsi kimi amillər öz sözünü deyib».
Aydın Mədətoğlunun fikrincə, artıq İranda siyasi şərait yeni mərhələyə qədəm qoyur. İranın bölünməsində əsas yeri heç şübhəsiz Güney Azərbaycanın müstəqilliyi oynayır. Güney Azərbaycan milli hərəkatının da əsas məqsədi müstəqil demokratik Güney Azərbaycan dövlətini yaratmaqdır».
Mövzu ətrafında çıxış edən Azərbaycanın İrandakı sabiq səfiri Əlyar Səfərli isə vurğuladı ki, Azərbaycan ərazisində İranın böyük casus şəbəkəsi fəaliyyət göstərir: «Güneyin müstəqilliyi əsas məsələdir. Amma Güney və Quzey Azərbaycanla bağlı müəyyən problemlər var. Bu gün Quzey Azərbaycanda İran casus şəbəkəsi təhlükə törədir. Onlara qarşı mübarizə aparmalıyıq, lakin aparmırıq. Bu şəbəkə fars-şiə mənsəbi adı ilə düşmənçilik əhval-ruhiyyəsi yaradır. Azərbaycan Respublikasında Güney Azərbaycanla bağlı institut, Güney Azərbaycan ensiklopediyası yoxdur».
Milli Dirçəliş Hərakatı Partiyası(MDHP) Güney Azərbaycan Departamentinin sədri Əlirza Amanbəyli öz çıxışında MDHP sədri, Millət vəkili Fərəc Quliyevin salamını tədbir təşkilatçılarına və iştirakçılarına çatdırdıqdan sonra bildirdi ki, bügün Güney Azərbaycanda gedən milli azadlıq hərəkatı 1905,1920,1945 və 1979-ci il hərəkatlarından fərqli bir müstəvidədir Güney Azərbaycan milli hərəkatı tam Türkçülük və bütöv Azərbaycan uğrunda gedən sivil mücadilədir.Artıq böyük güclər də iran adlanan ölkədə Azərbaycan Türklərinin böyük potansiyelə sahib olduqlarını etiraf edirlər son günlərdə Putin,Medmidev və rusiyanın xcarici işlər naziri,BMT və bir çox beynəlxalq təşkilatlar açıq şəkildə bəyan edirlər ki "İran əhalisinin çoxunluğunu Azərbaycan Türkləri təşkil edir İrana hərbi müdaxilə olursa ozaman qunşu dövlətlərə özəliklə Azərbaycana milyonlarla qaçqın axını olacaq və bunun nəticəsində Azərbaycan və Ermənistan çox ağır duruma düşə bilər."Bu sözləri Rusiya xarici işlər naziri Sergey Larov deyib. Rusların qorxusu bundan ibarətdir ki əgər İrana hərbi müdaxilə olsa irandan milyonlarla Azərbaycanlı Qarabağın ermənilər tərəfindən işğal olunmuş ərazilərinə axını olacaq və nəticə etibarilə Rus,İran, və Ermənistan quldurları tərəfindən işğal olunmuş Azərbaycan torpağları müharibəsiz yenidən Azrrbaycanlıların əlinə keçəcək.Rusların və anti Azərbaycan qüvələrin praqnozlarını düzgün qimətləndirmək olar bəli İrana hərbi müdaxilə 10 il bundan əvəldən gündəmə gəlib Güney Azərbaycan milli hərəkatı təxminən 6 il bunda qabaq bildirmişdir ki İrana hərbi müdaxilə olarsa 3 milyona yaxın güney Azərbaycan Türkünün yeganə sığınacaqi ərazilər Qarabağ olacaq.Biz silahsiz işğaln altında olan Qarabağ,Göyçə,Zəngəzur və İravanıda terrorist erməni quldurlarından azad edəcəyik və bütöv Azərbaycanın təməlini bununla quracağımıza əminik deyə Amanbəyli bildirdi.O əlavə etdiki güney Azərbaycan Türkləri Quzey Azərbaycan dövlətindən və xalqından bunları tələb edir:Azərbaycan Respublikasının Adını dəyişib Şimali Azərbaycan Respublikası etmək,BMT-də Azərbaycanı bölünmüş xalq istatusunu qəbul etdirmək işinə nail olsa gələcək bütöv Azərbaycan üçün məntiq şərayit yaratmış olacaq.MDHP sədr müavini çıxışının sonunda bildirdi ki, Güney Azərbaycan Milli azadlıq Hərəkatı bütün çətinliklərə baxmayaraq sona qədər öz haq mübarizəsini dvam etdirəcək.
Rüfət SULTAN

Geri dön