Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İslam dini > Azərbaycanda Həcc ziyarəti üçün vahid qiymət müəyyənləşdirilib, kvota azaldılıb
Azərbaycanda Həcc ziyarəti üçün vahid qiymət müəyyənləşdirilib, kvota azaldılıb |
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc ziyarətinə getmək istəyən ölkə vətəndaşları üçün vahid qiymət müəyyənləşdirib.
Bu barədə QMİ-nin məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib. Onun sözlərinə görə, bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün nəzərdə tutulan məbləğ də ötən illə müqayisədə aşağıdır: "Belə ki, 2016-cı ildə Həcc ziyarəti üçün iki qiymət - 3 500 və 4 500 ABŞ dolları nəzərdə tutulmuşdu. Bu il isə bütün zəvvarlar üçün vahid qiymət - 3 850 ABŞ dolları müəyyənləşdirilib". H.Babayev bu il kvotanın azaldıldığını bildirib: "Ötən il Azərbaycandan Həcc ziyarətinə 1040 zəvvar gedib. Bu ilə isə kvota 600 nəfər müəyyənləşdirilib. Bu məsələdə əhalinin maliyyə vəziyyəti də nəzərə alınıb. Həcc ziyarətinə ikinci dəfə gedəcək müsəlmanlardan 530 dollar əlavə vəsaitin alınması da nəzərdə tutulmayıb. Zəvvarlar üçün nəzərdə tutulan niyyət protokolunda belə bir şey qeyd olunmayıb". O, həmçinin Azərbaycandan fiziki qüsurlu insanların Həcc ziyarətinə demək olar gedə bilmdiklərini söyləyib: "Gözdən əlil vətəndaşın yanında mütləq bir nəfərin olması şərti ilə ziyarətə gedə bilir. Amma hərəkət edə bilməyən və digər daha ciddi qüsuru olan insanların ziyarətə getməsi çox çətindir". Geri dön |