Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İslam dini > Allahın adından "Səndən hərəkət məndən bərəkət" ifadəsini demək doğrudurmu?
Allahın adından "Səndən hərəkət məndən bərəkət" ifadəsini demək doğrudurmu? |
Uca Allahın dediyi sözlər Quran ayələri və qüdsi hədislərdə bildirilmişdir.
Bu ifadəyə həmin mənbələrdə rast gəlinmir, sadəcə insanların dilində gəzən atalar sözüdür. Ümumən isə bu ifadənin mənası doğrudur, çünki Uca Allah ona təvəkkül edərək çalışıb səy göstərənlərə bərəkət verir. "...Əgər möminsinizsə, Allaha təvəkkül edin!" (əl-Məidə, 23). "Məgər Allah Öz quluna kifayət etmirmi...?" (əz-Zumər, 36). "...(Yaxşı) əməl sahiblərinin mükafatı necə də gözəldir! O kəslərin ki, səbrli olmuş və yalnız öz Rəbbinə təvəkkül etmişlər. Neçə-neçə canlılar vardır ki, ruzisini (öz yanında) daşıya bilmir. Onların da, sizin də ruzinizi Allah verir...". (əl-Ənkəbut, 58-60). Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Heç kim öz əlinin zəhməti və alnının təri ilə qazandığından daha xeyirli bir ruzi yeməmişdir. Davud peyğəmbər (Ona Allahın salamı olsun) də öz əlinin əməyi, zəhməti ilə dolanırdı". (Buxari, Tabərani, Beyhəqi). Geri dön |