Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Türkiyənin ilk milli şəhidi-kaymakam Kamal bəy
Türkiyənin ilk milli şəhidi-kaymakam Kamal bəy |
1915-ci il türk tarixində bir sıra hadisələrlə yadda qalıb. Bunlardan ən mühüm ikisi Çanaqqala zəfəri və ermənilərin köçürülməsidir. Ermənilər 1915-ci ildə onlara qarşı Osmanlı imperiyası tərəfindən soyqırım siyasəti tətbiq olunduğunu iddia edir. Və elə XX əsrin əvvəllərindən bu “soyqırımın” qisasını almağa çalışırlar. 1915-ci ildə ermənilərə qarşı soyqırım törədildiyini müxtəlif vasitələrlə müxtəlif ölkələrin parlamentlərində qəbul elətdirdilər. Yenə ürəkləri soyumadı, hətta bəzən bir ölkənin parlamentində 2-3 dəfə qəbul elətdirdilər.
1915-ci il hadisələrinin qisasını almağı qarşıya məqsəd qoyan ermənilərin ilk qurbanlarından biri də kaymakam (qaimməqam sözünün osmanlılaşdırılmış şəkli, baş məmur) Kamal bəy oldu. I Dünya Müharibəsində Çar Rusiyası ilə əlaqələri olan erməni quldur dəstələri türk əhaliyə qarşı hücumlar təşkil edir və qətliamlar törədirlər. İqtidardakı “İttihad və Tərəqqi” firqəsi bütün ermənilərin Suriyaya köçürülməsini kaymakam Kamal bəyə tapşırır. O da bu qərarı yerinə yetirir. Osmanlı imperiyasının müharibədə məğlub olmasından sonra “İttihad və Tərəqqi” dağılır, Hürriyyət və İtilaf Partiyası iqtidara gəlib. Yeni hökumət İttihad və Tərəqqi ilə bağlı məmurları vəzifədən kənarlaşdırmağa başlayıb. Kaymakam Kamal bəy təhcir (ermənilərin köçürülməsi, deportasiya) ərəfəsində ermənilərin ölümündə suçlanaraq həbs edilir. Əslində o, işğal altında olan İstanbulda işğalçıların, erməni azlığın və bəzi məmurların I Dünya Müharibəsi illərində ermənilərin köçürülməsi zamanı yaşananlar üçün bir günahkar axtarışına çıxdıqları vaxt suçlanaraq edam edilən sadə məmurdur. Türkiyə Nazirlər Kabinetinin 14 oktyabr 1922-ci ildə qəbul etdiyi xüsusi bir qanunla ilk “milli şəhid” elan edildi(www. kaymakan kemal bey.gen.tr). Kamal bəy ermənilərin köçürülməsində vəzifəsindən sui-istifadə edərək ölümlərə səbəb olduğu iddiasıyla edam hökmü ilə mühakimə olunub. İstanbulun və bir çox ərazilərin işğal edildiyi vaxtda baş tutan məhkəmədə əksəriyyəti erməni komitəçilərdən ibarət olan və İngilis Ali Komisarlığının və yunan-erməni şöbəsinin təşkil etdiyi bir neçə yalançı şahid çıxarılaraq heç bir məntiqin qəbul etməyəcəyi suçlar uydurublar. Məhkəmədə müttəhim qismində dindirilən və vəkili Səadəttin Fərid olan Kamal bəyin özünü müdafiə etməsi tarixə belə keçib: “Dünən hakimlər heyəti olan sizlər indi bir tarix məhkəməsi sifətindəsiz. Ermənilər tərəfindən öldürülən dindaşlarının və soydaşlarının matəmi müsəlmanların ürəklərini sızlatdığı və hər gün gələn qara xəbərlərin xalqı qisas almağa təhrik etdiyi hamıya bəllidir. Ermənilər rus ordusunun gah önünə keçərək, gah da arxasında qalaraq bir çox bölgələrdə türk əsgərinin olmamasına arxayın olub faciələr törədirdilər.Ancaq müharibədə məğlub olmağımızın əleyhimizdə meydana gətirdiyi uğursuzluqları dayandırmaq məqsədiylə iddia edənlərin də istəkləri nəzərə alınaraq, qurbanların verilməsi lazımdırsa, bu mən olmamalıyam. Siz qurban seçmək üçün deyil, ancaq haqq və ədalət hökmü vermək üçün varsınız. Mütləq qurban lazımdırsa, hər halda bu işlərin planlaşdırıcısı və idarəçisi olaraq mənim kimi kiçik bir məmur suçlana bilməz”. Ona qarşı gətirilən yalançı şahidlərə isə belə cavab verir: “Hamısı yalandır, uydurmadır. Mən nə bunların dediyi Kəllər kəndinə getməmişəm, nə də ordan keçməmişəm. Burda baş verdiyi iddia edilən cinayətlərdən də xəbərim yoxdu. Hələ barmaqdan çıxmayan üzüyü götürmək üçün əli kəsmək: rica edirəm. Bu vəhşiliyi kim eləyər? Bu qədər vəhşi bir iş tutacaq insan təsəvvür edə bilmirəm. Bunların heç birini sübut edə bilməzlər. Çünki hamısı yalandır. Mənim xəbərim olmadan bəzi hadisələr baş verə bilər, ancaq bu ana qədər heç bir şikayət gəlməmişdi. İlk dəfə burda məhkəmə qarşısında bu şikayətlərlə qarşılaşıram.” İngilis və ermənilər Kamal bəyin asılması üçün məhkəmə sədri Hayret Paşaya təzyiqlər edirdilər. Bu təzyiqlərdən bezən Hayret Paşa istefa edir və yerinə “Nemrut” ləqəbiylə tanınan Mustafa Paşa (etnik mənsubiyyətinə görə kürd) gətirilir. Məhkəmə prosesi sonralar bu hakimin adı ilə bağlanaraq “Nemrut Mustafa divanı” adı ilə yaddaşlarda qalıb. Nemrut Mustafa qabaqcadan verilmiş bir əmri yerinə yetirən məmur kimi məhkəməni başa çatdırır və 8 aprel 1919-cu ildə Kamal bəyin edam edilməsinə qərar verir. Əvvəlcədən hazırlanmış bu edam qərarı təsdiq edilmək üçün saraya göndərilir. Padşah VI Mehmet Vəhdəddin “Kürəkən Fərid Paşa millət ilə padşah arasına qara bir pərdə çəkdi” deyərək, bu qərarı imzalamır. “Bu işlərin sonu qarşılıqlı intiqamlarla nəticələnə bilər. Bunun indidən qarşısını almaq üçün fitva-yi şərifə tələbinə məcbur oldum”- deyə bildirir. Amma Şeyxülislam Mustafa Səbri məhkəmənin doğru və ədalətli qərar qəbul etdiyini bildirərək Kamal bəyin edam edilməsi fitvasını verir. Cəzasını yerinə yetirmək üçün Kamal bəy Bəyazid meydanına gətirilir. Kamal bəyin edam ediləcəyini eşidən istanbullular meydana toplaşırlar. Kamal bəyə son sözlərini söyləməyə icazə verilir və o xalqa səslənir: “Əziz həmyerlilərim, mən bir türk məmuruyam. Aldığım əmri yerinə yetirdim. Vəzifəmi doğru icra etdiyimə vicdanım əmindir. And içirəm ki, mən suçsuzam. Son sözüm bü gün də budur, sabah da budur. Əcnəbi dövlətlərə yarınmaq üçün məni asırlar. Məhkəmə buna deyirlərsə, ona lənət olsun!” Kamal bəyin bu sözlərinə qoşulan xalq kütlələri də “məhkəməyə lənət olsun!”-deyə qışqırmağa başlayıbıar. Kamal bəy son sözlərinə davam edərək: “Əziz qardaşlarım, övladlarımı türk millətinə əmanət edirəm. Bu qəhraman millət, əlbəttə, onlara baxacaq. Allah vətənimizə və millətimizə zaval toxundurmasın. Amin. Üç uşağımı millət uğrunda yetim qoyuram.Yaşasın millət...” Kamal bəyin edam edilməsi ingilislərin heç gözləmədiyi şəkildə böyük reaksiya ilə qarşılandı. Kamal bəyin cəsədi vəsiyət etdiyi kimi Kadıköy Kuşdili parkında oğlunun məzarının yanında basdırıldı. Səbuhi Turançı Geri dön |