Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Modern mühərrik və sənaye yağları istehsal edən “Technol” zavodu açılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Modern mühərrik və sənaye yağları istehsal edən “Technol” zavodu açılıb

Modern mühərrik və sənaye yağları istehsal edən “Technol” zavodu açılıb


Azərbaycan və Qafqazın ilk modern mühərrik və sənaye yağları istehsalçısı olan “Technol” zavodunun açılış mərasimi keçirilib.

Açılış tədbirində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəsmiləri, bir çox yerli və beynəlxalq şirkətlərin nümayəndələri, həmçinin ölkənin aparıcı media nümayəndələri iştirak edib.

Açılış mərasimində çıxış edən “Technol” İcraçı Direktoru Murad Rəfiyev zavod haqqında məlumat verərək bildirib ki, 1.3 hektar ərazidə yerləşən zavod 6 əsas hissədən ibarətdir. Bura ən son texnoloji avadanlıqlarla təchiz olunmuş laboratoriya, əsas və köməkçi istehsal bölməsi, xammal və hazır məhsul anbarı və ofis binası daxildir: “Technol” hazırda 60-dan çox çeşiddə məhsul istehsal edir ki, bura 20 çeşiddə minik və yük avtomobilləri üçün mühərrik yağları, 5 çeşiddə avtomat və mexaniki ötürücü qutular üçün transmissiya yağları, 4 çeşiddə motosiklet yağı, 29 çeşiddə sənaye dəzgahları üçün yağlar, antifrizlər daxildir”.

M.Rəfiyev qeyd edib ki, “Technol” istehlakçılara yüksək keyfiyyətli məhsullar təqdim etmək üçün dünyanın aparıcı kimya şirkətləri və xammal təchizatçıları ilə əməkdaşlıq edir: “Biz bu günə qədər “İnfineum”, “Lubrizol”, ADCO, “Chevron”, “Afton”, “Linkor”, “Himbalt” kimi dünyanın bir çox tanınmış şirkəti ilə əməkdaşlıq etmişik. Həmçinin qeyd edim ki, “Technol” mühərrik yağlarının istehsalında istifadə olunan xammala Avropanın aparıcı avtomobil mühərriki istehsalçıları olan FORD, PEUGEOT CITROEN, VOLKSWAGEN, BMW, “Mercedes Benz”, PORSCHE, OPEL, RENAULT, GENERAL MOTORS, “Volvo”, İVECO, “Man”, və s. şirkətlər təsdiq verib”.

Tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyi sənaye şöbəsinin müdiri Murad Abdullayev deyib ki, bu gün biz dövlət tərəfindən göstərilən qayğının nəticəsini “Technol”un timsalında görürük: “Azərbaycanda daha bir istehsal sahəsi istifadəyə verilib və bazara yeni məhsul istehsal edən müəssisə daxil olub. Yeni iş yerləri açılıb və məşğulluq təmin edilib. Bu sevindirici haldır”.

Nazirliyin rəsmisi vurğulayıb ki, “Technol” şirkəti Azərbaycan Prezidentinin Sərəncamı ilə yaradılmış “İnvestisiyanın Təşviqi Sənəd”indən yararlanıb. “İnvestisiyanın Təşviqi Sənəd”ini əldə etmiş şirkət ölkəyə idxal etdikləri avadanlıqlar üçün ƏDV və gömrük rüsumlarından azad edilir. “Sözsüz ki, bu güzəştlərdən yararlanmaq artıq rəqabətqabiliyyətli yeni məhsulların istehsalına şərait yaradacaq. Bununla da, onların istehsal etdikləri məhsullar həm daxili, həm də xarici bazarda inamla realizə olunacaq”, - deyə nazirliyin rəsmisi sözlərinə əlavə edib.

Tədbirdə çıxış edən şirkətin rəsmi siması DJ Tural Yusifov isə qeyd edib ki, özü tezliklə ictimaiyyətə açıq şəkildə məsulun testini edəcək və video hər kəsə açıq yayımlanacaq: “Bundan başqa biz müəssisədə olub yağın istehsal prosesini əks etdirən videomateriallar da hazırlayacağıq ki, istehlakçılar hər şeyi şəffaf şəkildə müşahidə edə bilsinlər”.

Geri dön