Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Regional Konfrans çərçivəsində sahibkarlarla müzakirələr aparılıb
Regional Konfrans çərçivəsində sahibkarlarla müzakirələr aparılıb |
Yanvarın 30-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfrans çərçivəsində iqtisadiyyat, vergilər, kənd təsərrüfatı nazirlərinin və Dövlət Gömrük Komitəsi sədrinin iştirakı ilə sahibkarlarla görüş keçirilib.
Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı, vergi, gömrük, sahibkarlıq, ixrac və sair sahələrdə həyata keçirilən tədbirlər barədə məlumat verilib, sahibkarları maraqlandıran məsələlər müzakirə edilib. İqtisadiyyat naziri Şahin Mustafayev ölkə iqtisadiyyatının mövcud vəziyyəti, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı sahəsində görülən işlər, o cümlədən özəl bölməyə dəstək tədbirləri, təşviq mexanizmləri, sənaye parklarının və zonalarının təşkili barədə məlumat verib. Qeyd olunub ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, vergi və gömrük sahələrində aparılmış islahatlar, investisiyaların təşviqi mexanizmləri, ixracatçılara dəstək tədbirləri və “Made in Azərbaycan” brendinin təşviqi sahəsində dövlət başçısı tərəfindən qəbul edilmiş mühüm qərarlar özəl bölmənin inkişafında əhəmiyyətlidir. Azərbaycanın davamlı inkişafının və iqtisadi dayanıqlılığının təmin olunmasında regionların sosial-iqtisadi inkişafı dövlət proqramları da müstəsna rol oynayır. 2004-cü ildən uğurla icra olunan bu proqramlar şəhər və rayonların simasının köklü şəkildə dəyişməsinə, regionların iqtisadi potensialının artmasına, bölgələrdə infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə şərait yaradıb. Vergilər naziri Fazil Məmmədov vergilər sahəsində həyata keçirilən islahatlar, vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergilərin tam həcmdə və vaxtında ödənilməsinə nəzarətin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Kənd Təsərrüfatı naziri Heydər Əsədov qeyri-neft sektorunun aparıcı sahəsi olan aqrar sahəyə dövlət tərəfindən göstərilən dəstək tədbirləri, son dövrlər Azərbaycanda aqrar sahədə həyata keçirilən institusional islahatlar, kənd təsərrüfatına dövlət dəstəyi, o cümlədən subsidiyalar, ənənəvi sahələrin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycan Respublikasının Prezidentinin gömrük sahəsində qarşıya qoyduğu vəzifələri, 2016-cı ildə bu sahədə həyata keçirilən islahatları və görülmüş işləri diqqətə çatdırıb. Ötən il gömrük sahəsində bir sıra normativ sənədlər qəbul olunub, “elektron bəyannamə” və “Yaşıl dəhliz” tətbiq olunur və sair. Görüşdə sahibkarlar özəl sektorun inkişafına göstərilən dəstək tədbirlərinə görə dövlət başçısına təşəkkür edib, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılması, istehsalçılar, emalçılar və alıcılar arasında əlaqələrin daha da inkişafı, vergi və gömrük sistemi, ixracın genişləndirilməsi, ixraca dəstək mexanizmləri, yüngül sənaye sahəsində assosiasiyanın yaradılması, xalçaçılıq, arıçılıq və sair məsələlərə dair fikirlərini bildirib, müxtəlif təkliflər səsləndiriblər. Görüşdə iş adamlarının təklifləri dinlənilib və sualları cavablandırılıb. Geri dön |