Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik, DAVAMın yazıları > ULU ÖNDƏR, RƏSULZADƏ!
ULU ÖNDƏR, RƏSULZADƏ! |
31 yanvar 1884-cü il – Cümhuriyyətimizin banisi Məhəmmədəmin Rəsulzadənin doğum günü münasibətiylə, səmimi hislərlə... (şeir) Adın ilə başlar adım, Şanlı vətən Azərbaycan. Sən Ulusan, əzəldən, bil, Ulu Öndər, Rəsulzadə! Doğru zaman, doğru məkan, Sənin doğulduğun andır. Millətimin öz bayrağı Adın ilə dalğalandı... Keçdi zaman, keçdi illər, Neçə-neçə dövr bitdi. Unutmadı səni ellər, Adın ilə gəldi, getdi... Bir kərə yüksələn bayraq, Bir daha enməz, dedin. Cümhuriyyət qurmaq üçün Gəncliyini fəda etdin. 23 ay çəksə də ki, Çox böyük bir uğurdur, bu. Millətimə azadlığı daddırmısan, Doğrudur bu... Əsl vətən sevdalısı O vaxt səndin, elim bilsin. Bütöv Azərbaycanımın Qoydun sən bünövrəsin. O tay - bu tay Azərbaycan Eşqin ilə alovlandı. Səndən sonra, Böyük Öndər, Vətən qalxdı, xalq oyandı. Sovet gəldi, qan gölünə Çevrildi Azərbaycanım, Amma bildi işğaldı bu, Oyanmışdı xalqım mənim... Mühacirət həyatında Sürdü sənin mübarizən, Xaricdəki soydaşlarım Xəbər tutdu vətənindən. Birləşdi, təşkilatlandı, Rəhbərliyin altında xalq. İllərlə mübarizədən Çəkinmədi, savaşdı xalq... 70 ilə sinə gərdik, Dəfələrlə üsyan etdik. Ölümün gözünə dik Biz baxaraq azad olduq... 88, 90, belə Zaman keçdi dərin-dərin. Böyük çətinliklər ilə Müstəqillik qazandıq biz... İndi sənin al bayrağın Başım üstə dalğalanır. Cümhuriyyət bünövrəsin Sən qoymusan, hamı bilir. Kimlər isə danır bunu, Onlar xain, müftəxordur. Azərbaycan adı ilə Sənin adın yanaşıdır... Odlar yurdu, məmləkətim, Sənin eşqin, zəhmətindir. Bu dünyaya Türk adın Sən tanıtdın, bu dəqiqdir... Demokratik qanunları Gətirmisən Şərqə sən ilk. Qadınların seçki səsin Yaratmısan dünyada ilk... Sən elə bir qüvvəsən ki, Əsrlərə yetər adın. Təhsilimi, səhiyyəmi, Ordumu ilk sən yaratdın... İndi rahat-rahat gəzib Nəfəs alıramsa yurdda Yalnız sənin zəhmətindir, Dövlətim var Uca adda... Ulu Öndər Rəsulzadə, Turan elin Başbuğusan. Yüzlərlə qəhrəmanımın Peyğəmbəri, Allahısan... Səndə Alp Ər Tonqa gücü, Şah İsmayıl qeyrəti var. Səndə Teymur ədaləti, Çingiz Xanın heyrəti var. Sənsən Oğuz Xanım mənim, Sənsən Səlcuq, Alparslanım, Sənsən Uca Sultan Baybars, Sənsən Uca Şah Həsənim... Saymaq ilə qurtarmazdır Qeyrətli oğulları vətənin, Əminəm ki köksü rahat, Çünki sən tək oğlu vardır... Azərbaycan, Azərbaycan, Adın ilə yaşayıram. Ulu Öndər Rəsulzadə Fəxrlə irs daşıyıram... ELŞƏN İSMAYIL Ssenarist və yazar Geri dön |