Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Koroğlu dastanı gürcü dilində”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > “Koroğlu dastanı gürcü dilində”

“Koroğlu dastanı gürcü dilində”


akı Beynəlxalq Multikulturalizm Mərkəzində "Koroğlu dastanı gürcü dilində" adlı tədbir keçiriib. Tədbirdə "Koroğlu" dastanının gürcü və azərbaycan dillərindəki ortaq nəşrinin təqdimatı oldu.
Tarix muzeyindən bildirilir ki, Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Əli Fərhadov da tədbirdə çıxış edərək, Azərbaycan ədəbi-bədii əsərlərinin, o cümlədən "Koroğlu" dastanının erməni və gürcü əlifbasında olan azərbaycanca əlyazmalarından bəhs etmişdir. Natiq bunun Azərbaycan mədəniyyətinin qonşu Qafqaz xalqlarına təsirinə sübut olduğunu, Qafqaz xalqları arasındakı multikultural-mədəni əlaqələrin dərinliyinə işarə etdiyini qeyd etdi.

Tədbirdə Azərbaycanın Gürcüstandakı keçmiş səfiri N.Əliyev, AMEA və KİV nümayəndələri də iştirak və çıxış etmişdirlər. Qeyd edək ki, Tiflisdə nəşr olunan "Koroğlu" dastanı gürcü dilinə Zezva Medulaşvili tərəfindən tərcümə edilib.

Geri dön