Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Anar Həsənovun məşhur sualına reaksiyalar davam edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə, Özəl xəbər, Fərəc Quliyev > Anar Həsənovun məşhur sualına reaksiyalar davam edir

Anar Həsənovun məşhur sualına reaksiyalar davam edir


Fərəc Quliyev: “Anar Həsənovun sualı Azərbaycanın maraqlarına zidd deyil”

Zəlimxan Məmmədli: “Uzunqulağı qoyublar bir qırağa, düşüblər palanın üstünə”

“Lider” Tv – nin sabiq əməkdaşı Anar Həsənovun Rusiyanın xarici işlər naziri, erməni əsilli Sergey Lavrova verdiyi sual hələ də müzakirə mövzusudur. Bu suala Azərbaycanın tanınmış insanlarından müxtəlif reaksiyalar verilib. Sualı təqdir edənlər də və əleyhinə gedənlər də vardır. Məsələn, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu həmin sualı “təxribatçı sual” adlandırıb. Görəsən, Azərbaycanın ərazisi olan Qarabağın işğaldan azad edilməsi haqqında verilən sual niyə təxribatçı adlandırılmalıdır? Və yaxud “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev bu sualı “Azərbaycanın maraqlarına zidd olan sual” kimi qiymətləndirib.

Biz də Azərbaycanın digər tanınmış insanlarının Mehman Əliyevin qiymətləndirməsinə münasibətini öyrənmək istədik.
Əvvəlcə Anar Həsənovun sualını bir daha təqdim edirik.
“Azərbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi təqdirdə Moskva necə hərəkət edəcək; “Buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?”
Sergey Lavrovun isə verdiyi cavab belə olub: "Dağlıq Qarabağ ərazisində güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil”.


Çox maraqlıdır ki, həmişə milli mövqedən çıxış edən “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev nədənsə, Anar Həsənovun sualını birmənalı qarşılamayıb. Elə ona gör də, həm Milli Məclisin deputatı Fərəc Quliyevə, həm də “Borçalı” İctimayi Birliyinin sədri Zəlimxan Məmmədliyə bir sualla müraciət etdik: - Anar Həsənovun məlum sualına Mehman Əliyevin ““Azərbaycanın maraqlarına zidd olan sual”” kimi adlandırmasına sizin münasibətiniz necədir?


F.Quliyev: “Mən bu fikirlə razı deyiləm. Burada Azərbaycanın maraqlarına zidd olan heç nə yoxdur. Əksinə, bütün jurnalistlərə imkan vermək lazımdır ki, belə sualları mötəbər tədbirlərdə tez – tez səsləndirsinlər. Çünki, məhz belə suallarla bu insanların iç üzü açılır və onların Azərbaycana olan münasibəti tam çılpaqlığı ilə görünür. Anar Həsənovun sualı tam Azərbaycanın maraqlarına cavab verən və hədəfinə dəqiq dəyən sualdır”.


Z.Məmmədli: “Mehman Əliyevin belə münasibətini mən başa düşə bilmirəm. Anar Həsənov həmin məşhur sualı ilə çox sərrast atəş açıb. İndi maraqlıdır, uzunqulağı qoyublar bir qırağa, düşüblər palanın üstünə. Gedib o uzunqulaqdan soruşmaq lazımdır ki, nəyə görə Qarabağ Azərbaycanın daxili işi deyil? Beynəlxalq hüquq normaları var, BMT – də Azərbaycan suveren dövlət kimi təmsil olur və Qarabağ da onun tərkibindədir. Bu münaqişənin həllini ATƏT – in Minsk Qrupuna tapşırmışıqsa, bu, o demək deyil ki, biz öz torpağımızı işğaldan azad edə bilmərik. Azərbaycan öz ərazisində istənilən əməliyyatları keçirə bilər və buna heç kəsin qarışmasına nə mənəvi, nə də hüquqi əsası yoxdur!. Rusların iç üzünün açılmasına və erməni əsilli nazirin pərt vəziyyətdə qalıb Rusiyanın əsl mahiyyətini ortaya qoymasına səbəb olan həmin suala görə Anar Həsənova təşəkkür düşür”.

Elçin Məmmədli

Geri dön