Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Freedom House”un Azərbaycan haqda tənqidi hesabatına ikili baxış
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Müsahibə, Özəl xəbər, Fərəc Quliyev > “Freedom House”un Azərbaycan haqda tənqidi hesabatına ikili baxış

“Freedom House”un Azərbaycan haqda tənqidi hesabatına ikili baxış


Fərəc Quliyev: “Bu təşkilatları bir çox dövlətlər əllərində alət ediblər”; Mirvari Qəhrəmanlı: “Belə hesabatların qərəzli olduğunu deyənlər fikirlərini əsaslandırmalıdır”


Bəzi beynəlxalq hüquq-müdafiə təşkilatlarının Azərbaycan hakimiyyətinin ünvanına tənqidləri səngimək bilmir. Günlər öncə Nardaran məhbuslarına oxunan ağır cəzalara görə ölkə iqtidarını hədəfə alan “Human Right Watch” təşkilatının ardınca indi də “Freedom House” öz tənqidi hesabatını açıqlayıb.
Təşkilatın “Dünyada Azadlıq 2017" adlı hesabatında 195 ölkədəki vəziyyət təhlil olunub. ”Freedom House" yazır ki, Avrasiyasının Azərbaycan, Qırğızıstan və Tacikistan kimi ölkələrində hökumətlər “iqtisadi və siyasi qeyri-müəyyənlik şəraitində də öz hakimiyyətlərini möhkəmləndirməklə məşğul olublar”. Qurumun Nyu-Yorkdakı sözçüsü Sarah Repuccinin sözlərinə görə, 2016-cı ildə Azərbaycanda keçirilmiş referendum əsas etibarilə cəmiyyətə İlham Əliyevi hakimiyyətdə saxlamaq mesajını verib.
Göründüyü kimi, hesabat kifayət qədər sərtdir. Bu tipli hesabatların isə demək olar hər ilin əvvəli şahidi oluruq. Hökumət təmsilçiləri bir qayda olaraq, belə dəyərləndirmələrin qərəzdən doğduğunu qeyd edirlər. Hüquq müdafiəçilərin də fikirlərində fərqliliklər var.


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyevin sözlərinə görə, belə təşkilatlar kimlərinsə əlində bir maşadır: “Özlərinə aidiyyəti olmayan sonluq axtarırlar. Hesab edirəm ki, bu təşkilatları bir çox dövlətlər alət ediblər. İnsan haqları, media azadlığı kimi terminləri işə salıb, bir sıra ölkələri sıxışdırmaq, təzyiq altında saxlamaq üçün istifadə edirlər. Dövlət olaraq bunları edə bilmədikləri üçün bu cür təşkilatların əli ilə edirlər. Tamamən qərəzli bir münasibətdir. Azərbaycanda media azaddır, insan haqları qorunur. Mitinq keçirmək istəyənlərə meydanlar verilib, bütün elektron KİV-lər çalışır. Mətbuatda qadağalar yoxdur, kim istəyir fikir bildirir.


Belə bir şəkildə Azərbaycana qərəzli yanaşmaq, gözdən salmaq yaraşan mövqe deyil. Təbii ki, ölkəmizdə hər şey ideal deyil. Hansısa qanun pozuntusu olanda bundan ölçü götürülür. Pozuntular kiçik detallar şəklində mövcuddur. Böyük dövlətlər kütləvi şəkildə insan haqlarının pozulduğu yerləri nəzərdən qaçırırlar, miqrantları ölkələrinə buraxmırlar, İslama qarşı yürüş edirlər. Azərbaycanla bağlı heç bir mənbəyə söykənmədən bu cür bəyanatlar verirlər. Ölkə daxilindən onlara informasiya ötürən bəzi QHT-lər var. Onların informasiyaları əsasında fikir bildirirlər. Orada sadalanan amillər böyük dövlətlərin demokratiya adı altında əllərində alətə çevrilir. Bu cür yollarla bizim kimi ölkələri küncə qoymaq, istədiklərini diktə etdirmək istəyirlər”.

Deputat bütün beynəlxalq təşkilatların ölkəmizlə bağlı bu cür bəyanatlarının olmadığını da qeyd etdi: “Ötən il və bu ilin əvvəllərində bəzi beynəlxalq təsisatlar Azərbaycan-Ermənistan arasındakı münaqişə ilə bağlı ölkəmizin haqq səsini müdafiə edən mövqeləri ortaya qoydular. Bir QHT-nin mövqeyi Qərbin mövqeyi kimi qəbul edilə bilməz. Bir dövlətin daxilindəki təşkilatın da mövqeyi həmin dövlətin mövqeyi kimi qəbul oluna bilməz. Azərbaycanın Avropa dövlətlərinin hər biri ilə normal münasibətləri var. Azərbaycan əlindən gələn hər şeyi edir. Bərabər və ikitərəfli münasibətlərdə səmimiyyətini artıq ortaya qoyub. Ölkəmiz elə bir nöqtədə yerləşir ki, dünyanın daim bura uğrunda mübarizəsi gedir. Ermənistan kimi Azərbaycanı da öz vassalına çevirmək üçün Rusiyanın təhdidləri var. Amma Azərbaycan daim müstəqil siyasət yürüdəcəyini bəyan edib. Baş verənlər Azərbaycanın daxilində yaşananlarla bağlı deyil”.


Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirdi ki, bu cür hesabatların qərəzli olduğunu deyənlər fikirlərini əsaslandırmalıdırlar: “Ümumiyyətlə, hər hansı hesabata qarşı tərəf həmişə ”qərəzlidir" şəklində münasibət bildirir. Anlaşılandır. Amma düşünürəm ki, belə hesabatın yazılmasına səbəb müəyyən dövlət qurumlarının fəaliyyətidir. Bunun qərəzli olduğunu sübut etmək üçün isə əsaslandırılmış cavab vermək lazımdır. Onu da qeyd edim ki, beynəlxalq təşkilatların hesabatları öz müşahidələri əsasında deyil, yerli QHT-lərin verdiyi məlumatlar əsasında formalaşır".

Cavanşir ABBASLI

Geri dön