Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Taleh Heydərov Xalq Cümhuriyyətindən danışıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > Taleh Heydərov Xalq Cümhuriyyətindən danışıb

Taleh Heydərov Xalq Cümhuriyyətindən danışıb


Avropa-Azərbaycan Cəmiyyətinin (AAC) sədri Tale Heydərov “Mən gənc səfirəm” ASAİF Budapeşt forumunda keçirilən “Xaricdə təhsil alan azərbaycanlı gənclərin təşkilatlanma, diaspor və lobbiçilik fəaliyyətlərinin formalaşdırılması: baxış və perspektivlər” panelində çıxış edib.

Azərbaycanlıların xaricdə təhsil almasının tarixi barədə danışan T.Heydərov bildirib ki, Azərbaycanın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin 1919-cu ildə yaranmasına qədər bir çox ziyalılarımız məhz xaricdə təhsil almışdı. Onların sırasında Həsən bəy Zərdabi, Fətəli xan Xoyski, Nəcəf bəy Vəzirovun və başqalarının adını çəkən AAC sədrinin sözlərinə görə, Azərbaycan 1918-ci ildə müstəqillik əldə edəndən sonra ali təhsil mütəxəssislərinə ehtiyac özünü daha aydın göstərməyə başlayıb: “Azərbaycan Maarif Nazirliyi bu işi görmək üçün 7 milyon manat vəsait ayırmış, o vəsait hesabına Rusiya, Fransa, Türkiyədə tələbələrin oxuması, İngiltərə, Fransa, İtaliya və Türkiyəyə tələbə göndərilməsi ilə bağlı rəsmi qərar qəbul olunmuşdu”.
T.Heydərov tarixi təcrübənin öyrənilməsinə diqqət yetirməyi zəruri sayıb: “Azərbaycanın xaricdə təhsillə bağlı tarixi tələbə hərəkatını öyrənməyə ehtiyac var. Vaxtilə Avropanın müxtəlif ali təhsil məktəblərində təhsil almış şəxslərin fəaliyyəti tədqiq olunmalıdır. Bu, eyni zamanda Avropa təhsil sistemində inteqrasiyanın əsasını qoymuş həmin şəxslərin ruhuna hörmət, nəsillər arasında mühüm körpü yaratmış olar. Hazırda AAC Azərbaycan Demokratik Respublikası tərəfindən xaricdə təhsil almağa göndərilmiş tələbələr haqda ”100 tələbə" adlı layihə üzərində çalışır, ayrı-ayrı Avropa dövlətlərində bu istiqamətində araşdırmalar aparılır. Layihənin reallaşması nəticəsində sənədli film hazırlanacaq və sənədlər toplusu nəşr olunacaq".
AAC sədri xaricdə təhsil alan tələbələrin təşkilatlanması və diaspor işi ilə məşğul olması barədə də danışıb: “Avropada təhsil alan azərbaycanlı gənclərin tam coğrafiyasının müəyyənləşdirilməsinə ehtiyac var. Hər ölkədə azərbaycanlıların təhsil aldıqları universitetlərdə Azərbaycan təşkilatlarının yaradılması, ölkələr üzrə təşkilatların formalaşdırılması və bu təşkilatların demokratik, müstəqil və yaradıcı fəaliyyətinin təşkil olunması çox vacibdir”.

T.Heydərov Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsinin, qurultayda milli sənədlərin qəbul edilməsinin diaspor fəaliyyətində irəliləyişə səbəb olduğunu deyib: “Təəssüf ki, bu fikri lobbiçilik haqda söyləmək mümkün deyil. AAC bunu nəzərə alaraq lobbiçilik sahəsində də ümummilli fəaliyyət istiqamətlərini hazırlayıb və bu istiqamətdə iş üzrə təcrübə toplayıb. Gərgin fəaliyyət nəticəsində hazırda Britaniya, Almaniya, Belçika, Fransa və digər ölkələrin parlamentləri, nüfuzlu siyasi partiyaları, elm və mədəniyyət xadimləri ilə hərtərəfli əlaqələr qurulub”.

Geri dön