Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nəriman Nərimanovun Mustafa Kamal Atatürkə tarixi məktubu - İstanbulu düşməndən təmizləyəcəyi günün...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Nəriman Nərimanovun Mustafa Kamal Atatürkə tarixi məktubu - İstanbulu düşməndən təmizləyəcəyi günün...

Nəriman Nərimanovun Mustafa Kamal Atatürkə tarixi məktubu - İstanbulu düşməndən təmizləyəcəyi günün...


Türkiyə Böyük Millət Məclisinin qurulmasının birinci ildönümünü təbrik etmək üçün Nəriman Nərimanov 1921-ci ilin aprelində və həmin ilin martında Novruz bayramı münasibəti ilə TBMM sədri Mustafa Kamal Paşaya təbrik məktubu göndərir. Həmin məktubları təqdim edirik:

“Hörmətli sədr!

Birinci il dönümünü qeyd edən Türkiyə Böyük Millət Məclisinə əldə etdiyi böyük uğurlardan dolayı ən səmimi arzularımla, həm şəxsimin, həm də Azərbaycan türklərinin sevinclərini, sevgilərini və hörmətlərini bildirməkdən böyük şərəf duyuram.

Azərbaycan hökuməti inqilabçı ruh daşıyan Türk xalqının müstəqilliyini ortadan qaldırmaq istəyən Antanta dövlətlərinə qarşı müqəddəs bir döyüşə başladığı bu günlərin sevincli və xoşbəxt anlarını qeyd edir və sizin sevinclərinizə ortaq olduğunu bildirir. Azərbaycanın azadlığını qazanmış işçi və kəndliləri inqilabçı Türk dövlətinə ən səmimi duyğularıyla təbriklərini göndərir.

Türk xalqı qəhrəmanlıq mübarizəsinin ikinci ilində, müstəqilliyini yox etmək istəyən Antanta dövlətlərinə qarşı böyük müvəffəqiyyətlər əldə etmişdir. Türk xalqının qazandığı bu müvəffəqiyyətlərə görə sevincini ifadə edən Azərbaycan hökuməti də bizimlə eyni cəbhədə qardaşlıq silahı ilə silahlanmış qəhrəman Türk Ordusunun qəti zəfər qazanacağına inanır. Qəhrəman Türk Ordusu özünün tarixi mərkəzi olan İstanbulu düşməndən təmizləyəcəyi günün uzaq olmadığına da könüldən inanırıq.

Yaşasın İnqilabçı Türkiyə!

Yaşasın Sovet Federasiyası ilə Türkiyənin dostluğu!

Yaşasın Üçüncü Enternasional bayrağı altında əzilən xalqların azad olma yolunda apardıqları mübarizə!

Nəriman Nərimanov

Azərbaycan İnqilab Komitəsinin rəhbəri

İkinci məktub isə 1921-ci ildə Azərbaycanın Şuşa Qalasında olan Şərq Cəbhəsi Komandiri Kazım Qarabəkir Paşa, Şuşa Qalasından Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Kamal Paşaya bir teleqraf göndərir. Nərimanovdan gələn teleqrafı M.K.Paşa Türkiyə Böyük Millət Məclisində oxudur.

“Cənubi Qafqaz komissarı, Azərbaycan Sərbəst Hərbi Məktəb tələbələri, iki bölüklü Süvari əsgərləri, Şuşa Mühafizə Taboru əsgərləri Türk millətinin Novruz bayramını təbrik edir və biz ümid edirik ki, Azərbaycan İnqilab Ordusu qəhrəman Türk ordusu ilə bərabər bu yaxınlarda Şərq millətlərini Qərb imperializminin təzyiqindən qurtararlar.

Yaşasın Şərq inqilab başçılarından Mustafa Kamal

Nəriman Nərimanov, Azərbaycan hökumətinin başçısı.

Təqdim etdi: Rəşad Sahil

Geri dön