Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hər il 9 milyona yaxın insan xərçəng xəstəliyindən ölür
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Hər il 9 milyona yaxın insan xərçəng xəstəliyindən ölür

Hər il 9 milyona yaxın insan xərçəng xəstəliyindən ölür


Dünyada hər il 8,8 milyon insan bir qayda olaraq gecikmiş mərhələlərdə aşkar olunan onkoloji xəstəliklərdən dünyasını dəyişir.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi saytında məlumat yerləşdirilib.
ÜST-nin yeni hesabatı hər il fevralın 4-də qeyd olunan Beynəlxalq Onkoloji Xəstəliklərlə Mübarizə Günü münasibəti ilə dərc olunub.
Təşkilat ekspertləri ayrıca diqqəti xərçəngin erkən diaqnostikası probleminə yönəldirlər, çünki onkoloji xəstəliklərin əksər növləri erkən mərhələdə aşkar edildiyi zaman demək olar ki, tam müalicə olunandır.
Yüksək ölüm halları bir qayda olaraq xəstəliyin artıq 3 və 4-cü mərhələlərdə aşkar olunmasıdır.

Geri dön