Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > İrana qarşı sanksiyaların genişləndirilməsi nefti bahalaşdırır
İrana qarşı sanksiyaların genişləndirilməsi nefti bahalaşdırır |
Dünya birjalarında neftin qiyməti bahalaşmaqdadır.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,18 dollar və ya 0,33% artaraq 54,01 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,19 dollar və ya 0,33% artaraq 57,00 dollar olub. ABŞ tərəfindən İrana qarşı sanksiyaların genişləndirilməsi neftin bahalaşmasına səbəb olub. Lakin ABŞ-da hasilatın artması ilə bağlı ehtimallar "qara qızıl"ın kəskin bahalaşmasının qarşısını alır. İrana qarşı sanksiyaların genişləndirilməsi elan olunduqdan sonra ötən həftənin cümə günü WTI nefti 1,3% bahalaşıb. Paralel olaraq "Baker Hughes" servis şirkətinin açıqladığı statistikaya əsasən, ABŞ-da quraşdırılan neft buruqlarının sayı 17 ədəd artaraq 583-ə çatıb. Geri dön |